• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni”: Bu gün işə gecikənləri danlamayın

“Bakı Metropoliteni”: Bu gün işə gecikənləri danlamayın
27.10.2017 11:35
Xəbər verdiyimiz kimi, səhər saatlarında "Bakı Metropoliteni”ndə böyük sıxlıq yaranıb. Bu səbəbdən işə və dərsə gecikən xeyli insan sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.

Anews.az məlumat verir ki, Qafqazinfo problemin yaranma səbəbini öyrənmək üçün "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayevlə əlaqə saxlayıb. O bildirib ki, səhər saatlarında depodan gələn qatarların xəttə qəbulu zamanı texniki problem yaranıb: "Belə deyim, səhər saat 6:00 radələrində bizə lazım olan qatarların yarısını ancaq xəttə qəbul etmişdik. Bu səbəbdən qatarlar arası interval artdı və sərnişin sıxlığı yaranmağa başladı.

Saat 7:00 radələrində artıq kifayət qədər qatar qəbul edə bilirdik, ancaq buna baxmayaraq, həddən artıq sərnişin sıxlığı var idi və qatarlarımız bütün sərnişinləri götürə bilmirdi. Proses təqribən 1 saat bu cür davam elədi. 8-dən sonra bütün qatarlar arası interval bərpa olunmuşdu, ancaq əsas stansiyalarda, məsələn, "28 May”, "20 Yanvar”, "Koroğlu”da sərnişin sıxlığı yenə də davam edirdi. 

Hazırda bütün problem aradan qaldırılıb. Pik saat da artıq qurtarıb, hər hansı problemimiz yoxdur. 

Səhər saatlarında narahatlıq yaratdığımız üçün bütün sərnişinlərimizdən üzr istəyirik. Bir də onu xüsusi qeyd etmək istəyirəm ki, işə gecikdiyi üçün rəhbərlik tərəfindən danlanılanlar olub. Xahiş edirik ki, bu gün işə metro səbəbindən gecikənləri anlayışla qarşılasınlar”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol