• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni “Toyota Prado”nun Bakıda satış tarixi və qiyməti məlum oldu – FOTO+VIDEO

Yeni “Toyota Prado”nun Bakıda satış tarixi və qiyməti məlum oldu – FOTO+VIDEO
27.10.2017 12:14
Frankfurt avtomobil sərgisində təqdim edilən 4-cü nəsil "Toyota Prado” noyabr ayında Bakıda təqdim ediləcək.
 
Bu barədə  "Toyota Bakı Mərkəzi”nin PR meneceri Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, 2018-ci il model "Toyota Prado” 4-cü nəsil istehsalının ikinci restaylinqidir. Bu isə daha geniş və komfortlu avtomobil deməkdir. Yeni restaylinq versiya daha mükəmməl, daha dinamik və aqressiv görünür.

Avtomobilin həm interyerində, həm də eksteryerində bir çox dəyişikliklər edilib. Bunlara yeni radiator barmaqlığını, faraları, yenilənmiş kapot və digərlərini misal göstərmək olar. Bundan əlavə, avtomobilin hündürə qalxma və enmə iş bucağı artırılıb.

Yeni "Prado”da kruiz kontrol, toqquşmaların qarşısını alan, qəfil çıxan piyada xəbərdarlığı kimi Safety Sense sistemi quraşdırılıb. Belə ki, avtomobilin qarşısında, yanlarında hər hansı maneə varsa sistem bununla bağlı dərhal xəbərdarlıq edir. Və yaxud sürücü maneə ilə məsafəni özü qeyd edirsə, avtomobil həmin məsafədə maneəyə yaxınlaşan kimi dərhal avtomatik əyləcləmə sistemi işə düşür.

E. Cəfərov bildirib ki, yeni "Prado” 3 versiyada Azərbaycanda satışa çıxarılacaq. 2.7l və 4.0 l benzin və 2.8 l dizel mühərrikli versiyalar təqdim ediləcək. Bu növ mühərriklər ilə avtomobil 0-dan 100 km/saat həddinə kimi 12.7 saniyəyə sürətlənir. İlkin olaraq 2.7 l mühərrikli versiya Bakıya gətiriləcək. Avtomobilin qiymətinin komplektasiyadan aslı olaraq 40-50 min dollar arasında olacağı gözlənilir.
 

 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol