Azərbaycanın dollar ehtiyatı artacaq

Beynəlxalq Valyuta Fondudan nikbin proqnoz
Beynəlxalq Valyuta Fondu (BVF) 2017-2018-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.
İstiPress-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun proqnozlarında bildirilir.
Proqnozlara əsasən, 2017-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 2016-cı ilin sonuna olan $4 mlrd.-a qarşı $4,8 mlrd. təşkil edəcək. Beləliklə, cari ildə ehtiyatlar 20% artacaq.
2018-ci ildə AMB-nin valyuta ehtiyatları $5,7 mlrd.-a qədər artacaq, 2017-ci illə müqayisədə artım 18,8% olacaq.
Xəbər verildiyi kimi, 1 oktyabr 2017-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları $5 mlrd. 167,5 mln. təşkil edir və 9 ay ərzində 30% artıb.*
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























