• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəristilik" qışa nə dərəcədə hazırdır? - RƏSMİ CAVAB

"Azəristilik" qışa nə dərəcədə hazırdır? - RƏSMİ CAVAB
06.11.2017 14:23
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) istilik təsərrüfatlarında 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, artıq son sınaq-sazlama işləri aparılaraq bütün avadanlıqların istismara hazır vəziyyətə gətirlməsi üçün zəruri işlər 10 gün ərzində başa çatdırılacaq: "İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılması və mövsüm ərzində ASC-yə məxsus 548 qazanxana istismar edilməklə 3750 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 900-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

Şöbə müdiri deyib ki, tədbirlər planına əsasən, 538 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 403 odluq təmir olunub, 462 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1092 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, 20571 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 2264 ədədi əsaslı, 7474 ədədi cari təmir olunub, 144 ədədi isə yenisi ilə əvəz olunub:

"Magistral və məhəllədaxili İstilik xətlərində 9855 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 15482 m2 dam örtüyü təmir edilib. Bundan başqa 585 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 3 ton kationit materialları dəyişdirilib. İstilik təchizatı sistemində ən vacib və çətin sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. 1052 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıv, 27.3 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunuv, 569 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol