• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gizli banklar

Azərbaycanda gizli banklar
06.11.2017 23:47
Bank əmanət qəbul etmək və kredit vermək üçün lisenziyaya sahib olan maliyyə institutudur. Eyni zamanda, valyutadəyişmə, sərvətlərin idarə olunması, kreditlərin verilməsi və bir sıra bu kimi maliyyə xidmətləri bankların səlahiyyətlərinə daxildir. İqtisadiyyatda ehtiyac duyulan kredit tələbatının bütünlüklə kommersiya bankları tərəfindən ödənilməsi qeyri-mümkündür. Bu da öz növbəsində kölgə bankçılığına tələbatı artırır.

Kölgə bankçılığı terminini ilk dəfə iqtisadçı Pol Makkuli 2007-ci ildə Vyominq Maliyyə simpoziumunda çıxışı zamanı işlədib.

Qeyd edək ki, kölgə bankçılıq sistemi ənənəvi bank sistemi kimi fəaliyyət göstərən, lakin bank olmayan maliyyə təşkilatıdır. Kölgə banklar banklardan fərqli olaraq depozit qəbul etmir.

İqtisadçı Vüqar Bayramov deyib ki,inkişaf etmiş ölkələrdə kölgə bankçılığı azalıb:

"Kölgə bankçılığı dedikdə, adətən qeyri-leqal bankçılıq nəzərdə tutulur. Kölgə bankçılığı əvvəlki dövrlərdə daha çox yayılmışdı. Çünki əvvəlki dövrlərdə bank kreditlərinə çıxış imkanlarının məhdud olması qeyri-leqal bankçılığın inkişafına zəmin yaratmışdı. İnkişaf etmiş ölkələrdə praktik olaraq kölgə bankçılığı müəyyən xeyli dərəcədə azalıb, yaxud sıradan çıxıb”.

Onun sözlərinə görə, Azərbaycanda əksinə, kölgə bankçılığı inkişaf etməkdədir:

"Ölkəmizdə kölgə bankçılığı daha çox sələmçilik formasında təzahür edir. Əvvəlki illərə nəzər salsaq, əsasən 1990-cı illərdə sələmçilik daha çox inkişaf etməyə başladı. Eyni zamanda 2006-2014-cü illərdə sələmçiliyin ciddi şəkildə zəifləməsi müşahidə olundu. Xüsusilə 2014-cü ildə kommersiya banklarının kredit şərtlərini yüngülləşdirməsi və kreditlərə çıxış imkanlarının artırılması, bir çox hallarda bankların ödəmə qabiliyyətini yoxlamadan kreditlər ayırması sələmçiliyə marağın azalmasına gətirib çıxartdı. Çünki bütün hallarda kölgə bankçılığının təklif etdiyi kredit faizləri leqal banklarla müqayisədə yüksəkdir. Son dövrlərdə Azərbaycanda kölgə bankçılığı artmaqdadır.

Bu da bankların kredit imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Nəticədə kölgə bankçılığı iki formada özünü göstərir. Birincisi, müəyyən şəxslər vəsaitlərini yüksək faizlə sələmə verirlər. Bu zaman leqal şəkildə qeydiyyat aparılmadan kreditlərin verilməsi həyata keçirilir. Bu da özünü bank kreditlərinə alternativ kimi göstərir. Amma burada faizlər yüksəkdir, sadəcə çıxış imkanları rahatdır. Eyni zamanda, banklardan fərqli olaraq, iş yerindən arayış tələb edilmir, girov şəklində daşınmaz əmlak deyil, qızıl və qiymətli daşlar qəbul edilir, zaminə ehtiyac olmur.

Nəticə etibarilə faizlərin yüksək olmasına baxmayaraq, indiki kontekstdə sələmə çıxış imkanları daha rahatdır. İkinci səbəb kimi, kölgə bankçılığının bankların özündə fəaliyyətini qeyd etmək lazımdır. Belə ki, bir sıra banklar böyük məbləğdə kreditləri özünə yaxın şəxslərə daha uyğun faizlə təqdim edirlər. Bəzi banklarda kredit verilərkən diskriminasiya müşahidə olunur.

Bəzən hətta ödəmə qabiliyyəti yüksək olmayan, amma bu və ya digər formada həmin bankla əlaqəsi olan şəxslər böyük məbləğdə kredit götürürlər ki, həmin kreditlərin böyük hissəsinin geri qaytarılmasında problemlər yaşanır.  Təəssüf ki, kölgə bankçılığı neft bumu dövründə belə, müşahidə olunurdu və indi də müşahidə edilməkdədir. Hər iki fiqur kölgə bankçılığı qeyri-leqaldır və bu fəaliyyətə qarşı da mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var”.
Pul banka daxil olmadan sahibinə çatır…

V.Bayramovun qeyd edib ki, xaricə pul köçürmələrdə kölgə bankçılığı daha çox inkişaf edir:

"Mübadilə sistemi var. Rusiyada yaşayan azərbaycanlı pulunu mübadilə ilə məşğul olan və Rusiyada fəaliyyət göstərən şəxsə ötürür. Onun vasittəsilə pul Azərbaycandakı qohumuna çatdırılır. Nəticədə pul bank görmədən, hər hansı köçürmə əməliyyatı icra edilmədən ünvanına çatdırılmış olur. Bu daha çox Rusiya Azərbaycan arasında istifadə edilən növdür. Digər Avropa ölkələrilə pul köçürmələrində qeyri-leqal yollardan istifadə olunmur”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol