• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiymətinin 1 dollar dəyişməsi büdcəyə neçə milyon manata başa gəlir?

Neftin qiymətinin 1 dollar dəyişməsi büdcəyə neçə milyon manata başa gəlir?
07.11.2017 17:01
"2018-ci ilin dövlət büdcəsinin neftdən asılılığının azaldılması çox ciddi məsələdir".

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, xarici amil kimi neftin qiyməti, daxili amil kimi bank sistemində yaranmış problemlər dövlət büdcəsinə təsir edir: "Dövlət büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsi təqdirəlayiq haldır. Amma yaddan çıxarmaq olmaz ki, dünyada baş verən siyasi proseslərin fonunda neftin qiyməti hər an dəyişə bilər. Neftin qiymətinin 1 dollar dəyişməsi dövlət büdcəsinə 13 milyon manata başa gəlir. Bundan başqa, neftin qiymətinin manatın məzənnəsinə təsirini də nəzərə almaq lazımdır. Bundan başqa, 2017-ci ildə biz Dövlət Neft Fondundan cəmi 6,1 milyard manat transfert etmişdiksə, 2018-ci ildə 9,2 milyard manat transfert nəzərdə tutulub. Bu da böyük rəqəmdir. Bununla bağlı düşünməyə dəyər.

Neft sektorundan daxilolmalar qeyri-neft sektorunu 40% üstələyir. Yəni, 11 milyard manata yaxın neft sektorundan daxilolmalar təşkil edir. Düzdür, 2018-ci il və sonrakı illər üçün qeyri-neft sektorunun inkişafı prioritet sahə kimi nəzərdə tutulub. Azərbaycanda sənaye parkları, sənaye məhəllələri yaradılır, digər sahələrdə işlər görülür. Amma rəqəmlər məyusedicidir. ÜDM-ə nəzər salanda neft sektorundan daxilolmalar 70%, qeyri-neft sektorundan daxilolmalar cəmi 30% təşkil edir. Yəni, bu məsələlərin üzərində işləməyə dəyər”.

Millət vəkili dövlət borcu ilə bağlı məsələyə də toxunub və bildirib ki, ölkənin dövlət borcu dünya praktikasında qəbul olunmuş göstəricidən aşağıdır: "Azərbaycanda dövlət borcu ÜDM-in 18%-nə yaxındır. Amma Avropanın bəzi ölkələrində bu, ÜMD-in 80%-nə, bəzi ölkələrdə ÜDM-in 100%-nə yaxındır. Amma dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır. Bu kreditlərin vaxtında qaytarılması məsələsi öz həllini tapmalıdır"

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol