Latviya aviaşirkəti Azərbaycanda nümayəndəlik açıb

Latviyanın "AirBaltic" milli aviaşirkəti Azərbaycanda nümayəndəlik açıb.
Bu barədə Trend "Vergilər" qəzetinə istinadən məlumat verir.
Şirkətin rəsmi nümayəndəsi Rusiya vətəndaşı Andrey Larçenkodur.
"AirBaltic" Səhmdar Cəmiyyəti 1995-ci ildə yaradılıb. Şirkətdə səhmlərin 80,05 faizi Latviya dövlətinə məxsusdur.
Şirkətin parkında 30 avialayner, o cümlədən 5 "Boeing 737-500", 6 "Boeing 737-300", 7 "Bombardier CS300" və 8 "Bombardier Q400 NextGen" təyyarəsi var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























