• $
  • €
  • ₽
  • ₺
  • £

Tibb işçilərinin maaşının artırılması təklif olunub

Tibb işçilərinin maaşının artırılması təklif olunub
08.11.2017 13:37
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tibb işçilərinin maaşlarının, anadangəlmə fiziki qüsurlu şəxslərin müavinətlərin az olduğunu bildirib. APA-nın xəbərinə görə, komitə sədri bu məsələyə baxılmalı olduğunu deyib.
 
Deputat Elmira Axundova isə Azərbaycanda çox peşəkar həkim ordusunun olduğunu qeyd edib, onların maaşlarının az olduğuna diqqət çəkib: "Biz gənclər tibb sahəsində xaricdə, xüsusilə Türkiyədə təhsil aldıqdan sonra Azərbaycana qayıtmaq istəmirlər. Bu, artıq kütləvi hal alıb. Çünki onlar gəlib burada az maaşa çalışmaq istəmirlər. Poliklinikada tibb bacısı 110-120 manat maaş alır. Savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Nəticədə də ələbaxımlıq, digər mənfi hallar yaşanır. Belə halları aradan qaldırmaq üçün də həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır".
 
Deputat anadangəlmə fiziki qüsurlu şəxslərin də müavinətinin az olduğunu bildirərək qeyd edib ki, gələn il Maliyyə Nazirliyi buna da diqqət etməlidir.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol