• $
  • €
  • ₽
  • ₺
  • £

“Whatsapp”a qoşulanlar, saxtakarlıq var, diqqətli olun!

“Whatsapp”a qoşulanlar, saxtakarlıq var, diqqətli olun!
10.11.2017 10:19
1 milyondan çox Andorid istifadəçisi saxta "Whatsapp”  yükləyib. Loqosu və digər vizual özəllikləri ilə həqiqisindən fəqlənməyən saxta proqram "Google Play” üzərindən endirilib. Eyni problem "Facebook” tətbiqinin  yüklənməsində də baş vermişdi.

Məsələ ilə bağlı Modern.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəsis  Rəşad İbrahimov problemin son dərəcə ciddi olduğunu qeyd edib və bunun istifadəçilərə vurduğu zərər barədə danışıb:

"Bu tip proqramlar özü ilə bərabər əlavə reklam xarakterli proqramlar və toolbarları da elektron cihazımıza yükləmiş olur ki, bu da normal işləyən cihazda donmalara, gərəksiz yerə bildirişlərin gəlməsinə və hətta şəxsi məlumatların oğurluğuna qədər gətirib çıxarır. Adətən bu proqramlara giriş edərkən lazımsız marka reklamları, pornoqrafik tərkibli reklam banerleri insanı qarşılayır. Məlumatsız insan hansısa reklamı click etdikdə  artıq arxa planda reklamdan yönləndirilən link vasitəsi ilə cihaza əlavə proqramlar quraşdırılır”
 
İl ərzində minlərlə insan bu tip proqramları yüklədiyinə görə kiberhücuma məruz qalır. Mütəxəsis bildirib ki, insanlar proqram yükləyərkən son dərəcə diqqətli olmalı və yükləmə etməzdən əvvəl tətbiqi hərtərəfli yoxlamalıdırlar:

"Əvvələ yüklədikləri proqramları "Google.az” və ya hansısa brauzerlərdən yox, "App Store”, "Google Play”in tərkibindən yükləməlidirlər. Biri var hansısa proqram təminatını  "Apple”  şirkəti istifadəyə verir, biri də var "Apple Aze” adlı hər hansı naməlum istifadəçi. Əgər doğru bazadan yükləyirlərsə, o zaman proqramların reytinqinə, yükləyib istifadə edənlərin rəylərinə diqqət etməlidirlər”.

Qeyd edək ki, "Google Play”in  "Whatsapp” kimi proqramın marka kimliyini qoruya bilməməsinin səbəbləri sırasında "rəqabət” faktoru da var. Çünki "Whatsapp”  "Google”un böyük rəqiblərindən olan "Facebook”un sahib olduğu platformalardan biridir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol