Azərbaycana avtomobil idxalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 8 102 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Anews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,3% çoxdur.
Son bir ildə sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 97,3% artaraq 148-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 88% artaraq 7 098-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 89,7% artaraq 795-ə çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























