• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR prezidenti: "Cənub Qaz Dəhlizi qrafik uyğun reallaşdırılır"

SOCAR prezidenti: "Cənub Qaz Dəhlizi qrafik uyğun reallaşdırılır"
16.11.2017 13:55
"Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentlərində işlər planlaşdırılan qrafikə uyğun və müvəffəqiyyətlə həyata keçirilir".
 
"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharda SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
 
Onun sözlərinə görə, "Şahdəniz 2" layihəsində nəzərdə tutulan işlərin 95%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə 96%-i, TANAP layihəsində "Faza 0" adlandırılan və Əskişəhərə qədər nəzərdə tutulan işlərin 93%-i, TAP boru kəməri üzrə 58%-i başa çatıb.
 
"Avropanın enerji təhlükəsizliyi baxımdan strateji əhəmiyyət daşıyan bu layihə Avropa İttifaqı  tərəfdən ümumi maraqlara xidmət göstərən layihələrdən biri olaraq qəbul edilib. Bu da öz növbəsində Cənub Qaz Dəhlizi layihəsinin Avropa İttifaqı nəzdində strateji əhəmiyyətini bir daha ortaya qoyur. Bu gün Avropa bazarında təbii qaza tələbat sürətlə artmaqdadır, hasilat isə azalmaqdadır. Bu da onu göstərir  ki, Avropa İttifaqının yeni və alternativ mənbələrə ehtiyacı var. TANAP layihəsi üzrə ilkin ixrac həcmimiz 16 milyard kubmetr olsa da, gələcəkdə bu göstərici Abşeron, Ümid, AÇG yataqlarının sərbəst qaz, Qarabağ kimi yeni yataqlarımız, Babək, Zəfər, Məşəl və Şəfəq-Asiman  və sair kimi perspektivli strukturlar hesabına artırıla bilər", - deyə R.Abdullayev vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol