• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 2 yeni küçə yaradıla bilər

Bakıda 2 yeni küçə yaradıla bilər
20.11.2017 19:20
Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin "Torqovı" adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var. Trend-in məlumatına görə, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan "5 mərtəbə"yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi olması nəzərdə tutulur: "Bununla bağlı təkliflər var, lakin hansı qərarın veriləcəyi barədə indidən danışmaq çətindir”.

K.Quluzadə həmçinin bildirib ki, bələdçi akademiyasının yaradılması ilə bağlı təkliflər var: "Bir çox bələdçilər Azərbaycan tarixini və mədəniyyətini, yer adlarını düzgün bilmədiyi üçün turistlərə düzgün məlumat vermirlər: "Ona görə də istəyirik ki, peşəkar bələdçilər hazırlansın”.

Onun sözlərinə görə, həmçinin Gürcüstanla birgə regional turizm paketlərinin hazırlanması nəzərdə tutulur: "Bu paket çərçivəsində turist həm Gürcüstana, həm də Azərbaycana səfər edəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol