• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmov: "İqtisadiyyatın cari neft qiymətlərinə uyğunlaşması başa çatıb"

Elman Rüstəmov: "İqtisadiyyatın cari neft qiymətlərinə uyğunlaşması başa çatıb"
21.11.2017 16:13
"Mərkəzi Bank konservativ antiinflyasiya xarakterli pul siyasəti yürüdür".
 
"APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
Onun sözlərinə görə, inflyasiyanın faktiki səviyyəsi nəzərə alınaraq milli valyutada yığımların dəstəklənməsi üçün cari ildə Mərkəzi Bank uçot dərəcəsini dəyişdirməyib.

"Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin 10 ayında orta illik inflyasiya 13,7% təşkil edib. Qeyd olunan konservativ monetar şərait çərçivəsində bunun başlıca səbəbləri xərc inflyasiyası ilə bağlıdır. Dövr ərzində qiymətlərin dinamikası, inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri və ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri altında dəyişib. Aparılmış təhlillər göstərir ki, inflyasiyanı əsasən qeyri-monetar amillər şərtləndirir. İnflyasiyanın xarici amilləri dəyişkən və dinamik olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə qiymətlərin yenidən yüksəlməsi inflyasiyanın azalmasına mane olub. Ziyad Səmədzadə qeyd etdi ki, başqa ölkələrdə inflyasiya səviyyəsi aşağıdır. Buna cavab olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan və digər ölkələr iqtisadi tsiklin ayrı mərhələlərindədir. Burada təxminən valyuta korreksiyası, inflyasiyanın yüksəlməsi başqa bir fazadadır, qonşu ölkələrdə bu fazada deyillər. Biz bilirik ki, dünyada ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artıb. Analizlər göstərir ki, qiymət artımı təkcə bitkiçilik məhsulları üzrə deyil, həm də heyvandarlıq məhsulları ilə birlikdə baş verib. Belə bir şəraitdə bu fazada biz bu il də inflyasiyanın yüksək proqnozlaşdırırdıq", - deyə baş bankir vurğulayıb.
 
E.Rüstəmov əlavə edib ki, bütövlükdə mövcud şəraitdə, xarici və daxili 
şərtlərdə milli iqtisadiyyatın cari neft qiymətlərinə uyğunlaşması başa çatıb. Onun sözlərinə görə, ölkəyə idxal kritik azaldılıb, büdcə məqsədləri üçün istifadə edilən neft gəlirlərinin səviyyəsi optimallaşdırılıb, strateji valyuta ehtiyatlarına düşən təzyiq azaldılıb.

"O cümlədən milli valyutanın xarici dəyəri, məzənnəsi sabitləşib və ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın ilkin əsasları yaradılıb", - deyə sədr bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol