• $
  • €
  • ₽
  • ₺
  • £

MB: Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq

MB: Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq
23.11.2017 10:43
"Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq”.
 
"APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Mərkəzi Bankın İdarə  Heyətinin sədr müavini Alim Quliyev deyib.
 
Onun sözlərinə görə, məzənnənin əlverişlilik səviyyəsi qurulmalıdır ki, ölkənin tədiyyə balansının yaxşılaşdırılma prosesləri indiki kimi davam etsin. "Milli iqtisadiyyatda yenidən balanslaşdırma proseslərini monetar siyasətlə aktiv dəstəkləmək üçün 2018-ci ildə də Mərkəzi Bank əsasən dayanıqlı artımın stimullaşdırılmasını və maliyyə sabitliyinin təmin olunması üçün ölkədə makroiqtisadi sabitliyin təmin olunmasını diqqətdə saxlayacaq. 2018-ci il üzrə proqnozlaşdırılan 6,1% səviyyəlik inflyasiyaya nail olmaq üçün hökumətlə koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcək. Bütün alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank inflyasiyaya azaldıcı təsir göstərən monetar siyasət yaratmağa çalışacaq. Bu mənada monetar şərait məcmu tələbin inflyasion artımını məhdudlaşdırmağa, eyni zamanda milli valyutada yığımları stimullaşdırmağa yönələcək”, - deyə A.Quliyev vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol