• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatların ezamiyyə xərclərinin arıtırılması təklif olunub

Deputatların ezamiyyə xərclərinin arıtırılması təklif olunub
23.11.2017 12:55
Deputatların ezamiyyə xərclərinin arıtırılması təklif olunub.

Trend-in məlumatına görə, bu təkliflə parlamentdə Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov çıxış edib.

O bildirib ki, parlamentin işləri yalnız planlı şəkildə həyata keçirilmir: "Plansız çoxlu tədbirlər çıxır. Bu, dünyada və regionda baş verən hadisələrlə əlaqəlidir. Hər hansı hadisə baş verdikdə, o zaman ezamiyyətlərin sayı çoxala bilir. Əgər biz 2018-ci ildə 10 ezam planlaşdırırıqsa, bu rəqəm 20-30 da ola bilər. Bunun üçün əlavə maliyyə ayrılmalıdır. Maliyyə artıq olduğu təqdirdə yenidən büdcəyə qayıdacaq. Bildiyiniz kimi, son dövrlər beynəlxalq parlamentlərdə, təşkilatlarda Azərbaycanla bağlı qərəzli qərarlar qəbul olunub. Bunu səfirlik və digər qurumların öhdəsinə verə bilmərik. Bu baxımdan deputatlar həmin yerlərə ezam olunmalıdır. Bunun üçün də maliyyə lazımdır”.

S.Novruzov çıxışında dostluq qruplarının fəaliyyəti ilə bağlı da fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması istiqamətində dostluq qruplarının gediş-gəlişinin təşkili ilə maliyyənin ayrılmasına ehtiyac var: "Səfərlər ünsiyyət üçün əsas məqamlardan biridir. İstər İslam Həmrəylik Oyunları, istər Avroviziya, istərsə də Avropa Oyunlarında ölkəmizə gələnlər Azərbaycan haqqında mənfi yazılara inanmırlar. Çünki onlar həqiqəti öz gözləri ilə görüblər. Bu baxımdan dostluq qruplarının üzvlərinin ölkəmizə səfərlərinin təşkili üçün maliyyə ayrılmalıdır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol