• $
  • €
  • ₽
  • ₺
  • £

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!
24.11.2017 16:11
Az öncə ölkənin lider mobil operatoru Azercell Telekom Bakı, Abşeron yarımadası və Gəncədən əlavə, Bərdə, Şəmkir və Lənkəran şəhərlərində 4G şəbəkəsini istifadəyə verməsini elan etdi.
 
İndi isə şirkət həmin bölgələrdə yaşayan abunəçilərinə ən sürətli 4G internetdən yararlanmaq üçün kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər 4G xidmətinə qoşulmaqla 4G sürətini sınamaq üçün 5GB internet hədiyyə qazanacaqlar. 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün sadəcə müştərinin 4G dəstəkli telefonu, 4G xidmətini dəstəkləyən SİM Kartı olmalı və telefonun seçənəklər bölümündə 4G[LTE] şəbəkəsi seçilməlidir. Sim kartınızda 4G xidmətinin aktiv olmasını yoxlamaq üçün 4G+ yazib 2525 göndərmək kifayətdir.

Kampaniya çərçivəsində 5GB hədiyyə interneti əldə etmək üçün abunəçilərə "4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. Əgər nömrədə 4G xidməti aktiv deyilsə, abunəçilər Gəncə, Şəmkir, Bərdə və Lənkəranda yerləşən Azercell Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən Sim kartları PULSUZ olaraq əldə edəcəklər. Tələsin, kampaniyanın müddəti məhduddur.

Qeyd edək ki, hazırda Azercell ölkədə ən böyük 4G şəbəkəsinə sahibdir. 2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib. Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir. 4G-nin təmin etdiyi yüksəksürətli İnternet xüsusilə də cihazdan-cihaza, M2M xidmətlərinin inkişafına təkan verir. Məlumatların ölçülməsi, toplanılması və ötürülməsinə imkan verən bu texnologiya bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s. sahələrdə istifadə olunur.

Azercell Telekom davamlı olaraq Azərbaycanın bütün bölgələri boyu 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol