İtalyan yazıçısı Azərbaycan qaz kəmərinə qarşı sabotaja çağırır

İtaliyada məşhur yazıçı-şair Erri De Luka Azərbaycan qazını Avropaya nəql edəcək TAP qaz kəmərinə qarşı sabotaja çağırıb. Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, yazıçı kəmərin tikintisinin davam etdiyi Melandunyonun bir neçə kilometrliyində yerləşən Leççedə tələbələr qarşısında çıxışı zamanı kəməri "ictimai ələsalma” adlandırıb və əhalini bu kəmərə qarşı sabotajlara səsləyib.

"TAP onun tikintisinə qarşı çıxan sakinlərin və bələdiyyələrin etirazlarına baxmayaraq davam etməkdə olan ictimai ələsalmadır. Mən inanıram ki, TAP sabotaj olunacaq”-Erri De Luka bildirib.
Erri De Luka Leççe əhalisini TAP-a qarşı "bir olmağa” səsləyərək deyib ki, onun fikrincə yerli ictimaiyyətin yekdil mövqeyi kəmərin çəkilməsini ləngidəcək, işləri sabotaj edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























