“NAĞDSIZ ÖDƏ NAĞD QAZAN” kampaniyasında 18 131 manat pul mükafatı qazanılıb

"AtaBank” ASC-nin 1 may
2017-ci il tarixindən start verdiyi "NAĞDSIZ
ÖDƏ NAĞD QAZAN" ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 28 337 ədəd lotereya kuponları paylanılmış
və uduş kampaniyasında iştirak edən müştərilərin lotereya kuponları əsasında 18 131 manat pul mükafatı qazanılmışdır.
Kampaniya
01 May 2017-ci il tarixindən başlayıb və
31 dekabr 2017-ci il tarixinədək davam edəcəkdir. Lotereyada
"AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində
quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən
bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan
rezident şəxslər iştirak edə bilərlər.
Hər
il olduğu kimi "AtaBank” ASC kartları
ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek
üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə
20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edilər!
Ani
stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim
ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində nağdsız
aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya
şöbəsinə müraciət etməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























