• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən azı 15 bank bağlanmalıdır

Azərbaycanda ən azı 15 bank bağlanmalıdır
30.11.2017 17:11
Bu il Azərbaycanda ÜDM-nin mənfi ilə çıxmasını səbəb kimi deputat Vahid Əhmədov manat qıtlığının olmasını ilə əlaqələndirib.

İstiPress-in məlumatına görə, o, müsahibəsi zamanı bildirib ki, növbəti il belə olmamalıdır: "2018-ci ildə dövlət büdcəsində əsaslı vəsait qoyuluşu üçün 4,9 milyard vəsait nəzərdə tutulub. Bu, ötənilki rəqəmdən iki dəfə çoxdur. Ən ciddi problemimiz maliyyə-bank sistemində olan problemdir. Bankarın vətəndaşlara verdiyi kreditlərin faizləri yüksəkdir, burada Mərkəzi Bankın da günahı var, çünki uçot dərəcəsini 15 faizdə saxlayır.”

İqtisadçı deyir ki, banklar 15 faizlə kredit götürüb, 28-30 faizlə vətəndaşa verir və buna görə də vaxtı keçmiş krditlərin miqdarı artır.

Azərbaycanda ötən il problemli kreditlərin miqdarı 1,6 milyard manat olduğu halda bu il 1,8 milyar manat olub. Deputat bunun ölkənin maliyyə bazarı üçün böyük məbləğ sayır:

"Bunu həll etmək lazımdır. Mən və həmkarım Əli Məsimli təkliflərimizi hökumətə təqdim etmişik. Bank sisteminin sağlamlaşdırılması 2018-ci ilin əsas prioritetlərindən biri olmalıdır. Prezident bu ilin əvvəllində hökumət iclasında dedi ki, Azərbaycan dövlətinə ən çox ziyan vuran bank sistemi olub.”

Əhmədov bildirir ki, Bank sistemini günahlandırılsa da, onların özlərinin də problemləri var. "Devalvasiya banklarda çox ciddi problemlər yaratdı. Onlar çox ciddi problemlərlə – kapitallaşma, likvidlik, kredit portfeli və s. məsələlərlə üz-üzə qaldılar. Bu səbəbdən də onlara müəyyən qədər köməklik etmək lazımdır.”

"Köməklik belə olmalıdır ki, banklara vəsait verilməlidir və deyilməlidir ki, bu pulu qeyri-neft sektorunun inkişafına yönəlt. Daha istehlak kreditlərinin paylanılmasına imkan verilməməlidir. Bank rəhbərləri ilə bu məsələlər müzakirə olunmalıdır. Banklar birləşdirilməlidir, kapitallaşma həll edilməlidir. Bankın kapitalı olmalıdır. Kapitalsız bank heç kəsə lazım deyil. Azərbaycanda son 15 ildə infrastruktur layihələrinə yüz milyarddan çox maliyyə sərf edilib. Regionlarda yol, su, qaz, işıq məsələsində elə də ciddi problem yoxdur. İndi dövlət kənarda dayanmalıdır, bank, əhali və biznes işləməlidir. Bank işləməyəndən sonra əhali necə işləsin?! Sistem əhəmiyyətli banklar var. "Paşa Bank”, "Kapital Bank” fəaliyyət göstərir, çünki kapitalları var. Amma o biri banklar işləmir… Onlara ya müəyyən qədər kömək olunmalıdır, ya da birləşdirilməlidir. Azərbaycanda 31 bank var, çoxdur, 15-16 bank kifayət edir. Azərbaycanın 10 milyon əhalisi var. Aldığım məlumata görə, bu istiqamətdə işlər görülür. Amma vaxtımız azdır, vaxtı itirmişik, bank sistemi ilə bağlı çox uduzmuşuq.” – deyə Vahid Əhmədov bildirir.

O, həmçinin bildirib ki, hamını manatın məzənnəsinin qorunub-saxlanılması maraqlandırır: "Əgər Amerika dolların uçot dərəcəsini dəyişdirəcəksə – məlumata görə, onlar dolları möhkəmləndirmək istəyirlər – bu, Azərbaycanın milli valyutasına öz təsirini göstərəcək. Manat qıtlığı yaranmayacaqsa, müəyən qədər dövriyyədə pul olacaqsa, bu da manata öz təsirini göstərəcək. Əsas məsələ neftin qiymətidir, ola bilər, qiymət bir qədər aşağı ensin. Təbii ki, bu da manata öz təsirini göstərəcək. Həmişə demişəm, manat gec-tez öz yerini tapmalıdır.”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol