Azercell iPhone X kampaniyasına start verdi

iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır. Belə ki, ayda cəmi 129 manat ödəməklə, abunəçilər ən müasir smartfona sahib ola və 30GB həcmində Hedsiz internet paketi əldə edə biləcəklər. 1-8 dekabr tarixləri ərzində kampaniyaya qoşulan müştərilər isə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində Hedsiz tarifindən pulsuz yararlana biləcək.
iPhone X kampaniyasına qoşulmaq üçün abunəçilər Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur.
Məlumat üçün qeyd edək ki, iPhone X iPhone-un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir.
Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























