• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bananın 1 kiloqramı 8 manat oldu - FOTO

Bakıda  bananın 1 kiloqramı 8 manat oldu - FOTO
03.12.2017 20:36
akıda "Fresco” supermarketində 1 kiloqramı 7 manat 79 qəpiyə banan satılır. Bu banan digərlərindən ölçüsünün kiçikliyi, qiymətinin baha olması ilə fərqlənir, dadında isə heç bir fərq yoxdur.
 
Modern.az-ın əməkdaşı Nərimanov rayonu Aşıq Alı küçəsi ünvanında yerləşən "Fresco” supermarketində bananın ölçüsünün kiçik, qiymətinin baha olmasının səbəbini soruşub. Mağaza təmsilçiləri bahalığı və ölçüsünün kiçikliyini meyvənin yerli - Lənkəranda istehsal olunması ilə əlaqələndiriblər.
 
Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tofiq Rzayev məsələ ilə bağlı açıqlama verib.
 
İdarə rəsmisi satışa çıxarılan "mini banan”ın Lənkəran istehsalı olmasını qətiyyən qəbul etmir:
"Azərbaycanda 9 iqlim qurşağı var. Lənkəranda rütubətli subtropik iqlim qurşağıdır. Banan tropik bitkidir. Lənkərana banan ağacları gətirilib, sakinlər öz həyət-bacasında əkir. Amma bananın Lənkəranda kütləvi əkin sahəsi yoxdur. Qaldı ki, onun bar verməsinə, bu absurddur. Kimsə deyirsə ki, Azərbaycanda kütləvi şəkildə banan bağları, plantasiyaları var, bu, yalandır. Kimsə həyətində əkibsə belə, o bar vermir, yetişmir. Banan ağacı çox hündür olur, bizim iqlim tipində ağacların o səviyyədə ucalması, meyvə gətirməsi mümkün deyil. Kimsə deyirsə ki, Lənkəran istehsalıdır, yalan deyir, inandırıcı deyil”.
 
T. Rzayev qeyd edib ki, Lənkəran kənd təsərrüfatı idarəsi olaraq belə bitkinin yetişib satışa çıxarılması barədə məlumatsızdır:
"Çünki o bitki bizim rayonda yetişmir. Kivi deyilsə, deyərəm bəli. Lənkəranda kivi yetişdirilir. Yerli bazara da çıxarılır, Rusiyaya da ixrac olunur. Amma banan yetişdirilmir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol