• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda yenilik

Bakı metrosunda yenilik
05.12.2017 16:26
Bakı Metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb.
 
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib ki, tətbiq edilən innovativ layihə sayəsində maşinistlərin işi tam yeni standartlara keçirilir, yeni idarəetmə mexanizmlərinə və digər yeniliklərə yol açılır.
 
Yeniliyin mahiyyətinə uyğun olaraq, layihənin ilk və ən əhəmiyyətli addımı kimi elektrik qatarları maşinistləri üçnövbəli iş rejiminə keçirilib:
 
"İlk baxışda, bu yeniləşmə iş qrafikinin adi dəyişikliyi təsirini bağışlasa da, illərlə formalaşmış və yeni istismar şəraitində özünü doğrultmayan mövcud sistemi əvəzləyərək təfəkkür dəyişikliyinə gətirib. Bu da öz növbəsində psixoloji sədləri aradan qaldıran, əmək məhsuldarlığını artıran əsas amildir. Yeni qayda ilə maşinistlərin bütün sosial tələbləri əvvəlki dövrdən daha uğurla həllini tapıb. Onların maraqları nəzərə alınaraq, evə və iş yerinə daşınması müəssisə tərəfindən tam təmin olunub, həm maşinistlər, həm də müəssisə üçün ən səmərəli qayda tətbiq edilib. Bu da vaxt itkisi, işçinin işdən evə, yenidən iş başına çatmaq qayğısını da tam aradan qaldırır".
 
N.Paşayev bildirib ki, keçmiş Sovet məkanında bu sahədə ilk dəfə tamamilə fərqli düşüncə tərzinin tətbiqinə məhz "Bakı Metropoliteni” QSC-də başlanılıb:
 
"Yeni iş rejimi şəraitində daha bir əhəmiyyətli addım maşinist köməkçiləri vəzifələrinin ləğvidir. Yeni texnologiyaların tətbiqi, ələlxüsus sürətin avtomatik tənzimlənməsi və avtomatik lokomotiv idarəçiliyə keçid, eləcə də gələcəkdə avtoidarəetmə sistemlərinin nəzərdə tutulması bu vəzifəyə ehtiyac olmayacağını əyani göstərir. Eyni zamanda, maşinistin işini tənzimləyən müvafiq təlimat və digər normativ aktlar da bunu tələb edir. Təcrübə və araşdırmalar göstərir ki, maşinistin köməkçisiz, həm də tək işləməsi özünü nəinki tam doğruldur, həm də daha effektiv və iqtisadi səmərəli, ən əsası, təhlükəsizliyin təminatı baxımından mütərəqqi addımdır. Bu məqsədlə də dünyanın ən aparıcı metropolitenlərinin, həmçinin iş prinsipləri baxımından Bakı metropoliteninə yaxın olan postsovet məkanı ölkələrinin təcrübəsi öyrənilib. Əksər metropolitenlərdə maşinist köməkçisi vəzifəsi ləğv edilib".
 
N.Paşayevin sözlərinə görə, bütün proseslərin çevik həyata keçirilməsi məqsədi ilə "Bakı Metropoliteni” QSC-də hərəkət qatarlarının istismarı üzrə iş departamenti yaradılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol