• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkəti Azərbaycanda ilk dəfə 5G texnologiyasına hazırlığı və 4.5G Pro ilə 1 Gb/saniyəyədək rekord sürəti nümayiş etdirir

Bakcell şirkəti Azərbaycanda ilk dəfə 5G texnologiyasına hazırlığı və 4.5G Pro ilə 1 Gb/saniyəyədək rekord sürəti nümayiş etdirir
07.12.2017 10:59
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "BakuTel-2017” sərgisində quraşdırılmış stendində Azərbaycanda ilk dəfə olaraq 4.5G Pro texnologiyasının imkanlarını və 5G texnologiyasına hazırlığı nümayiş etdirir.

Texnoloji innovasiyalar sahəsində liderliyi ilə məşhur olan Bakcell şirkəti həmişəki kimi bu il də ən qabaqcıl və müasir texnoloji nailiyyətləri nümayiş etdirməklə, sərgiyə gələn ziyarətçiləri heyrətləndirəcək və onlara unudulmaz təəssüratlar bağışlayır.

Bakcell şirkətinin stendində "Nokia” şirkəti ilə birgə quraşdırılmış "5G-yə doğru” adlı güşədə ziyatrətçilər ən yeni 4.5G Pro texnologiyasını öz gözləri ilə görə və hətta ilkin LTE texnologiyasından 10 dəfə daha yüksək olan sürəti müşahidə edə biləcəklər.

Bakcell və Nokia şirkətlərinin birgə təqdim etdiyi bu nümayişdə 1 Gb/saniyəyədək fantastik sürət sərgilənir. Beləliklə, "BakuTel 2017” sərgisində Bakcell stendinin ziyarətçiləri "Robot Automation Latency” nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanına malik olacaqlar.

"Ultra-yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətlərinə olan tələbatda eksponensial artımı, habelə böyük həcmlərdə məlumat mübadiləsini tələb edən tətbiqlərdən istifadənin yüksək templərlə artdığını nəzərə alaraq, Bakcell şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşlarını və dünya bazarında mövcud olan ən son texnologiyaların tətbiq edilməsini davam etdirir. Gələcək istifadəçilərin böyük data həcmlərini emal etməyə gücü çatan daha yüksək tutumlu və buraxılış qabiliyyətli şəbəkəyə ehtiyacı olacaq. Buna görə də, innovasiyalar sahəsində lider mövqeyimizi qoruyub saxlamaq üçün biz indidən əmin olmaq istəyirik ki, bazarda bu cür texnologiyalara tələbat yarandığı zaman bizim şəbəkəmiz 4.5G Pro və hətta 5G texnologiyasını dəstəkləməyə hazır olsun”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

5G-yə hazırlığın nümayişində gələcəkdə bütün proseslərin avtomatlaşdırılması ilə yanaşı sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılır. Qonaqlar 1 Gb/saniyəyədək inanılmaz internet sürətini müşahidə edə və robot şousuna baxıb əylənə biləcəklər.

Bakcell şirkəti "BakuTel 2017” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə, mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etməyə dəvət edir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol