• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bütün banklar dollar alışını dayandırdı

Bakıda bütün banklar dollar alışını dayandırdı
07.12.2017 20:53
Bankların əksəriyyəti dollar alışını dayandırıblar. Maliyyə Bazarlarına Nəzarət Palatası güman edir ki, bu valyuta artıqlığı ilə bağlıdır.

Ölkə.Az xəbər verir ki, məsələyə aydınlıq gətirən tanınmış iqtisadçı Vüqar Bayramov bildirib ki, banklara nəzarət edən qurumlar bu istiqamətdə heç bir göstəriş verməyib. İqtisadçının fikrincə, əksər bankların eyni zamanda dollar alışından imtina etməsinin təsadüf olması şübhə doğurur:

"Digər tərəfdən, əksər banklarda eyni gündə dollar artıqlığının olması da nəzəri və praktiki baxımdan mümkün deyil. Digər tərəfdən, əgər banklarda dollar artıqlığı varsa o zaman vətəndaşlara niyə dollar satmırlar? Dollarlarını vətəndaşlara uyğun kursla satsınlar ki valyuta artıqlığı bir az azalsın- sadə iqtisadi məntiq bunu deyir”.

Bəs, dollar alışından imtinanın səbəbi nədir? V.Bayramov düşünür ki, səbəb sadədir:

"İnzibati yol ilə dollarlaşmanın qarşısını almaq və vətəndaşlarda dollar tələbini azaltmaq. Vətəndaş aldığı dolları sata bilmirsə dollar ilə yığımlarını azalda bilər. Bu səmərəli yoldurmu? Təbii ki, yox. Əslində, belə inzibati metodlar valyuta bazarında əks effektlər yarada bilər. Nəticədə bu bir neçə gün davam edərsə, dollar ilə yanaşı "manatın da qara bazarı” yaranacaq. Bu halda, vətəndaşlar "qara bazara” dollar almaq deyil, həm də dollar satmaq üçün gedəcək. Deməli, dollar alış qadağası qalarsa "qara bazar”dakıların "əl-qolları” genişlənəcək, valyuta əməliyyatları tamamən banklardan qapalı və qaranlıq otaqlara köçəcək. Maraqlıdır, ölkəyə gələn turistlər dollarını necə dəyişəcək? Belə çıxır ki, hotellərdə "qara bazar” ilə bağlı xüsusi məlumatlandırma kursları olmalıdır ki, tursitlər bilsinlər ki haradan manat ala bilərlər. Bu zarafata bənzəsə də əksər bankların dollar almadığı şəraitdə xeyli real görsənir”.

V.Bayramov deyir ki, əgər dollar artıqlığı varsa, o zaman ən sadə məntiqlə sabahkı hərracda banklar dollar almayıb, əksinə dollar satmalıdırlar:

"Deməli, dollar təklif etməlidirlər. Hərrac qaydalarına əsasən isə dollar təklifi tələbini üstələdiyi halda dolların kursu düşməli, manatın kursu möhkəmlənməlidir. Bu belə olacaqmı? Əksər bankların izah edilməsi çətin olan qərarları əsasında nə isə demək mümkün deyil. Sabahı gözləyək. Amma belə olmayacaqsa deməli, banklarda dollar artıqlığı yoxdur və dollar alışından imtina bütün hallarda inzibati yollar ilə həyata keçirilir. Valyuta bazarına nəzarət edən qurumların təkziblərinə baxmayaraq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol