• $
  • €
  • ₽
  • ₺
  • £

“Microsoft Azerbaijan” dövlət başçısına “Made in Azerbaijan” əqli mülkiyyət məhsullarını təqdim edib

“Microsoft Azerbaijan” dövlət başçısına “Made in Azerbaijan” əqli mülkiyyət məhsullarını təqdim edib
08.12.2017 15:03
"Microsoft” korporasiyası Baku Expo Mərkəzində dekabrın 5-dən 8-dək 23-cü "Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisində iştirak edib.

Sərginin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Leyla Əliyevaya şirkətin stendində nümayiş olunan bir sıra innovativ texnologiyalar, həmçinin "Microsoft” texnologiyaları üzərində qurulmuş "Made in Azerbaijan” əqli mülkiyyət məhsulları təqdim olunub.

Dövlət başçısına məlumat verən "Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf prioritetlərindən biri də IT sahəsidir. Məhz bunu əsas götürərək, şirkətimiz yerli IT startaplara dəstək verir.

Həmçinin, stenddə cənab prezidentə "Microsoft” şirkətinin platformasında hazırlanan yerli tədbiqlər nümayiş olunub. Tədbiqlərdən böyük marağa səbəb playmusic.az haqqında ətraflı məlumat verilib. Bildirilib ki, tədbiq Azərbaycanda ilk leqal müsiqi kontentini cəmləyən portaldır.

Təqdimat sonrası dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və Leyla Əliyeva şirkət nümayəndələri ilə stendin qarşısında xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, "Microsoft Azerbaijan” şirkətinin dörd zonadan ibarət stendində ayrılıqda səhiyyə, təhsil və innovasiya sahələrində olan məhsullar və "Made in Azerbaijan” əqli mülkiyyət məhsulları nümayiş olunub. Stendin "Made for Azerbaijan” bölməsində isə Azərbaycanın innovasiya potensialını artıracaq layihələr təqdim olunmuşdur.

"Microsoft” Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Microsoft-Azərbaycanın əsas məramı Azərbaycanın tam potensialını həyata keçirilməsinə dəstək göstərməkdir. Təmsilçiliyin məqsədi Microsoft Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol