• $
  • €
  • ₽
  • ₺
  • £

Bolqarıstan qaza olan tələbatının 1/3 hissəsini Azərbaycanın hesabına ödəyəcək

Bolqarıstan qaza olan tələbatının 1/3 hissəsini Azərbaycanın hesabına ödəyəcək
09.12.2017 18:00
İki ölkə arasında imzalanmış Sazişə əsasən, 2020-ci ildə təchizatın başlanması planlaşdırılan illik 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstanın qaza olan tələbatının 1/3 hissəsini ödəyəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın aparıcı "Bloomberg TV Bulgaria” telekanalına müsahibəsində deyib.

2015-ci ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin vacibliyini vurğulayan N.Qurbanova bu sənədin ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.

Nəqliyyatın prioritet sahələrdən biri olduğunu, Bolqarıstanın Azərbaycan tərəfindən Avropa İttifaqı (Aİ) bazarına giriş kimi qiymətləndirildiyini, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı yaratdığını bildirən səfir Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı və dəmir yolunun Asiya ilə Avropa arasında yük və sərnişin daşımaları üçün açdığı tarixi imkanlardan bəhs edib.

Diplomat Aİ-nin BTQ ilə bağlı bəyanatında Bolqarıstanın xüsusi vurğulandığını qeyd edib, bu ölkənin müşahidəçi qismində iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi barədə də məlumat verib, İKT, turizm, kənd təsərrüfatı sahəsində mövcud imkanlardan bəhs edib.

Səfir həmçinin bildirib ki, Bakı-Sofiya-Bakı hava əlaqəsinin açılması yalnız iki ölkənin avia qurumları arasında əməkdaşlığın yaradılması deyil, həm də insanların bir araya gətirilməsi, ideya mübadiləsi, müxtəlif layihələrin birgə həyata keçirilməsi, iki ölkənin yaxınlaşması deməkdir. 2016-cı ildə 16000 Azərbaycan turistinin Bolqarıstana və 1300-ə yaxın bolqar turistin Azərbaycana səfər etdiyi bildirilib, açılacaq reysin həm iki ölkədə turizmin inkişafı, həm də ölkələrin tranzit potensialının genişlənməsinə töhfə verəcəyi qeyd olunub.

Verilişdə həmçinin, turizm sahəsinə diqqət ayrılıb. Səfir Azərbaycanın təbiəti, qonaqpərvərliyi, ölkədə mövcud turizm növləri və mövcud infrastruktur və şərait barədə ətraflı məlumat verib. N.Qurbanova davam edib ki, Bolqarıstan Azərbaycan turistləri üçün cəlbedici istiqamətdir və onlar Bolqarıstanda çimərlik, xizək, balneologiya, mədəni turizm və digər istirahət mərkəzlərinin mövcudluğu barədə məlumatlıdırlar.

Səfirliyin fəaliyyətində Azərbaycanın turizm sahəsinin Bolqarıstanda təbliğinə xüsusi diqqətin ayrıldığını qeyd edən N.Qurbanova 2017-ci ilin fevral ayında "Holiday&SPA EXPO” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi, aprel ayında Veliko Tırnovo şəhərində keçirilmiş "Mədəni Turizm” adlı 14-cü Beynəlxalq Turizm Sərgisində ölkəmizin təmsil olunduğunu bildirib.

Bundan əlavə, Bolqarıstanın Plovdiv şəhərində keçirilən "VİNARİA” 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş müsabiqədə "Hillside” qırmızı turş şərabın gümüş medala və sertifikata layiq görüldüyü, bundan əlavə dekabrın 2-də keçirilmiş 5-ci Balkan Rakia və Spirtli İçkilər festivalı çərçivəsində Azərbaycan istehsalı olan spirtli içkilərin təqdimatının keçirildiyi diqqətə çatdırılıb. Sonda səfir ölkəmizdə mədəni-tarixi irsin və ətraf mühitin qorunması istiqamətində aparılan siyasət və görülən tədbirlər haqqında məlumat verib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol