• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın müştərisi niyə bankın tarixinə düşdü?

Unibankın müştərisi niyə bankın tarixinə düşdü?
13.12.2017 11:51
Bu günün adamı Unibank-ın müştərisi Azad Quluzadədir. Neft-qaz şirkətlərinin birinin əməkdaşı olan Unibank müştərisini "günün adamı” edən isə onun seçimidir. Azad Quluzadə Unibank Mobile-ın 100.000-ci müştərisi olduğu üçün bankın tarixinə düşdü: "Mən əvvəl başqa bir bankın mobil əlavəsini istifadə edirdim. Amma çox rahat deyildi və təhlükəsizlik səviyyəsi də məni qane etmirdi. Unibank Mobile-ı rahatlığı, xidmətlərinin genişliyi və təhlükəsizliyinə görə seçdim. Asan və çoxfunksiyalı olmağı xoşuma gəlir. Yeni qoşulsam da, artıq kommunal ödənişləri Unibank Mobile-la edirəm, hətta mobil telefonumun, ailə üzvlərimin mobil balansını da bununla artırıram. Ən vacib hesab etdiyim təhlükəsziliyidir”.

Azad Quluzadənin iş yoldaşlarının çoxu Unibank Mobile-dan istifadə edir: "Bizim işimiz elədir ki, davamlı işinin başında olmalısan. Bu xidmətləri bankomatda ya bank filialında həyata keçirmək əlavə zaman itkisidir. Unibank Mobile-la isə həm zamana qənaət edirsən, həm də Unibank Mobile-da edilən əməliyyatlar bonus qazandırır. Bu bonusları istədiyin hədiyyəyə çevirmək imkanı da Unibank Mobile-ın üstünlüklərindən biridir”.

İndi Unibank müştərisi olan hər kəsin "günün adamı” seçilmək şansı var. 100.000-ci müştəri olmasanız da, Unibank Mobile istifadəçisi olmaqla, 2018 AZN qazana bilərsiniz. Çünki yanvarın 15-dək Unibank Mobile-la edilən əməliyyatlar sizi müxtəlif pul uduşları qazandıran lotereyanın iştirakçısına çevirəcək.

Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile- bankdan daha yaxın!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol