• $
  • €
  • ₽
  • ₺
  • £

İdxal 19 faizə yaxın azalıb

İdxal 19 faizə yaxın azalıb
13.12.2017 18:48
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Anews.az xəbər verir ki, 113 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal reallaşdırılıb. 

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19459,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12500,6 milyon dollar, idxalın dəyəri 6958,4 milyon dollar təşkil edib, nəticədə 5542,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artıb. Real ifadədə isə 12,0 faiz, o cümlədən ixrac 8,1 faiz, idxal 18,0 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 22,9 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 5,0 faizini Rusiyaya, hər biri 4,9 faiz olmaqla, İsrail və Çexiyaya, 4,8 faizini Çinə, 4,2 faizini Gürcüstana, 4,0 faizini Kanadaya, 3,8 faizini Portuqaliyaya, 3,7 faizini Almaniyaya, hər biri 3,0 faiz olmaqla, Hindistan və Tayvana (Çinin əyaləti), 2,5 faizini İndoneziyaya, qalan  20,6  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiyanın, 14,6 faizi Türkiyənin, 9,7 faizi Çinin, 9,3 faizi ABŞ-ın, 5,2 faizi Ukraynanın, 4,8 faizi Almaniyanın, 3,7 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 2,4 faizi Braziliyanın, hər biri 1,9 faiz olmaqla, Yaponiya və  Norveçin, 23,7 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-oktyabr aylarında 1218,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 25,1 faiz, real ifadədə isə 22,8 faiz çoxdur.

2017-ci ilin yanvar-oktyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,4 faiz, təzə tərəvəz – 87,1 faiz, kartof – 50,7 faiz, tütün – 2,1 dəfə, bitki yağları – 13,0 faiz, çay – 58,0 faiz, meyvə və tərəvəz şirələri – 53,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 76,7 faiz, meyvə və tərəvəz konservləri – 4,0 faiz, qara metallardan borular – 0,3 faiz, pambıq lifi – 6,5 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 41,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 10,6 faiz, polietilen – 13,2 faiz, emal olunmamış alüminium – 28,6 faiz, qara metallardan yarımfabrikatlar – 37,3 faiz, pambıq ipliyi – 29,1 faiz azalıb. 

2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 2,6 faiz, çay – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 3,9 faiz, mal əti – 88,9 faiz, siqaret – 6,0 faiz, polad prokatı – 11,7 faiz, avtomobillər – 88,0 faiz, hesablama maşınları, blok və qurğuları – 51,1 faiz, rezin şinlər – 34,6 faiz, qara metallardan çubuqlar – 13,7 faiz,  mebel – 2,1 dəfə,  mineral gübrələr – 48,4 faiz, qara metallardan künclüklər ­– 29,0 faiz, məişət kondisionerləri – 23,5 faiz, paltaryuyan maşınlar – 72,7 faiz, yük avtomobilləri – 89,7 faiz, avtobuslar – 97,3 faiz artıb. Buğda idxalı isə 25,6 faiz, xam şəkər və şəkər – 5,3 faiz, bitki yağları – 7,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,4 faiz, kartof – 6,2 faiz, təzə tərəvəz – 43,6 faiz, qara metallardan borular – 52,1 faiz, polietilen – 12,8 faiz, sement və sement klinkerləri – 93,0 faiz, məişət soyuducuları –17,0 faiz azalıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol