• $
  • €
  • ₽
  • ₺
  • £

Barama ölkəmizi Seedstars Cənub-Şərqi Avropa Sammitində təmsil edib

Barama ölkəmizi Seedstars Cənub-Şərqi Avropa Sammitində təmsil edib
13.12.2017 17:16
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə ölkəmizi Seedstars Cənub-Şərqi Avropa Sammitində təmsil edib.
 
Azercell-in Barama mərkəzinin rəhbəri İmran Bağırov "Seedstars World” səfiri olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib. İmran Bağırovla bərabər sammitə 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək Seedstars Sammitində ölkəmizi təmsil edəcək "Wake me up” layihəsinin startapı da qatılıb. İ. Bağırov Ukraynadan, Qazaxıstandan, Moldovadan və Gürcüstandan sammitdə iştirak edən startaplarla görüşlər keçirib və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və eləcə də, yerli startaplarımız haqqında geniş məruzə ilə çıxış edib.

Qeyd edək ki, sözügedən sammit dünyanın innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən ən qabaqcıl təmsilçilərini bir araya gətirir. 3 gün davam edən Seedstars Cənub-Şərqi Avropa Sammitində 600-dən çox nümayəndə iştirak edib. Sammitə qatılan iştirakçılar öz layihələri ilə çıxış ediblər. Tədbir zamanı keçirilən panel müzakirələrində regionda fəaliyyət göstərən startaplar müxtəlif mövzu və ideyalar ətrafında müzakirə aparıblar.

Məlumat üçün bildirək ki, Azərbaycanın telekommunikasiya sahəsinin lideri Azercell Telekom İsveçrənin "Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə kömək edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol