• $
  • €
  • ₽
  • ₺
  • £

Nəssar İbrahim Məhəmməd əl-Həbəşneyi: “İordaniya ilə Azərbaycan arasındakı əlaqələr düzgün istiqamətdə inkişaf edir”

Nəssar İbrahim Məhəmməd əl-Həbəşneyi: “İordaniya ilə Azərbaycan arasındakı əlaqələr düzgün istiqamətdə inkişaf edir”
14.12.2017 16:05
İordaniya Haşimilər Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nəssar İbrahim Məhəmməd əl-Həbəşneyi Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktorunun rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüşdə Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycan İordaniya arasında informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub.

Səfir İordaniya şirkətlərinin Klub tərəfindən təşkil olunan biznes-forumlarda iştirakında maraqlı olduğunu bildirib. O həmçinin Caspian Energy-nin kollektivinin işini yüksək qiymətləndirib və jurnalda dərc olunan müsahibə və məqalələri maraqla oxuduğunu qeyd edib. Səfir İordaniyanın Caspian Energy çərçivəsində informasiya əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu söyləyib.

İkitərəfli əlaqələrə toxunan Səfir vurğulayıb ki, heç nəyə baxmayaraq, iqtisadi münasibətlər də daxil olmaqla İordaniya ilə Azərbaycan arasındakı əlaqələr düzgün istiqamətdə inkişaf edir və yaxın gələcəkdə biz iki ölkə arasında ticarət və investisiya sahələrində canlanmanın şahidi olacağıq. O həmçinin vurğulayıb ki, turizm ölkələr arasındakı ticari əlaqələrin inkişafını təmin etməyə qadir olan əsas perspektivli sahələrdən biridir.

"Hər iki ölkədə cəlbedici turizm obyektlərinin olması dövlətlərimizin turizm şirkətləri arasındakı əməkdaşlıq üçün geniş imkanlar açır”, - deyə səfir deyib.

"İki ölkə arasında turizm əlaqələrinin inkişafı təkcə əməkdaşlıq və viza prosedurları barədə sazişlə deyil, həm də hər iki ölkənin özəl sektorunun informasiya əməkdaşlığının təşviqi, turizmin inkişafı üzrə proqramın işlənib hazırlanması və irəliləyişi ilə bağlıdır. Bu, ilk növbədə Əmman və Bakı arasında çarter reysləri, daha sonra bilavasitə hava yolları ilə səyahətə həvəsləndirir”, - deyə o çıxışına davam edib.

Bakının Ələt qəsəbəsindəki dəniz ticarət limanının inkişafından danışan Səfir qeyd edib ki, Ələt Azad İqtisadi Zonasının, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması Azərbaycanın öz xüsusi coğrafi mövqeyindən yararlanaraq atdığı ilk addımdır. Onun sözlərinə görə, bu addım Bakını mühüm ticarət və logistik mərkəzinə çevirəcək.

Görüşün sonunda Səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə iki ölkə arasındakı qarşılıqlı əlaqələrinin bütün aspektlərinə və onların iqtisadi potensialının inkişafına toxunulub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol