İki avtobusun hərəkət istiqaməti dəyişib

6 və 8 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
"BakuBus” MMC-dən AzVision.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı, yol anidən hərəkət üçün dayandırılıb və bununla bağlı olaraq 6 və 8 saylı marşrut xəttlərimizin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
"Belə ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək Azadlıq m/s dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslarımız müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























