• $
  • €
  • ₽
  • ₺
  • £

Bankların Marketinq və PR menecerləri görüşüb

Bankların Marketinq və PR menecerləri görüşüb
19.12.2017 10:51

 
15 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Marketinq və PR üzrə” Ekspert Qrupunun görüşü olub.

Görüşdə "Bankların maraqlarının toqquşmadıqları ümumi araşdırmaların bankların təklifi ilə səs çoxluğuna əsasən seçilmiş təşkilat tərəfindən ABA-nın təşkilati dəstəyi ilə həyata keçirilməsi”, "”Banklar və Biznes Qəzeti” (BBN) ilə əməkdaşlıq”, "Maliyyə Savadlığı çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə görüşün keçirilməsi” və "2018-ci il üçün tədbirlər planının müzakirəsi” kimi məsələlər müzakirə olunub. 

Müzakirələr zamanı ABA adından daxili CSR sorğusunun keçirilməsi əsas mövzu obyekti olub.

Bununla yanaşı, jurnalistlərin maliyyə və bank sektoru haqqında Kütləvi İnformasiya Vasitələrində (KİV) yanlış və ya təhrif olunmuş informasiyalarla çıxış etmələri və bunun yaratdığı problemlərdən birgə çıxış yollarının axtarıb tapılması ətrafında da fikir mübadiləsi aparılıb.

İclas zamanı, həmçinin, sosial layihələrin təşkili ilə bağlı əməkdaşlıq məsələləri haqqında da danışılıb.

Sonda daxili CSR sorğusunun keçirilməsi, Maliyyə savadlığının onun tərkibinə daxil edilməsi və 2018-ci il üçün yeni tədbirlər planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol