Bakcell və Böyük Britaniya Səfirliyinin dəstəyilə British Council tərəfindən “Əlilliyi olan Şəxslər İş Dünyasında” adlı konfrans təşkil edilib

Azərbaycanın İlk Mobil Operatoru və
Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı
Səfirliyinin dəstəyi ilə British Council tərəfindən əlilliyi olan şəxslərin məşğulluq
imkanlarının artırılmasına həsr olunmuş konfrans keçirilib.
19 dekabr, 2017-ci il tarixində təşkil
edilmiş konfransda qeyd olunan sahə üzrə fəaliyyət göstərən qərarverici şəxslər,
işəgötürənlər, biznes şirkətləri, Əmək və Sosial Müdafiə Nazirliyi, dövlət məşğulluq
mərkəzləri və digər maraqlı tərəflərin nümayəndələri bir araya gələrək bu mövzu
barədə yerli və beynəlxalq təcrübəyə əsaslanan təqdimatları dinləyib və müzakirələrdə
iştirak edib. Tədbir vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin
işə götürülməsi ilə bağlı məsələlərə yönəldilib və bu istiqamətdə məlumatlılığın
və Azərbaycanda yaşayan əlillərin iş imkanlarının artırılması üçün zəruri
addımların atılması müzakirə edilib.
Tədbir zamanı Birləşmiş Krallıqdan dəvət
olunmuş ekspert Mark Qrey əlilliyi olan insanların əmək bazarına inteqrasiyası
üzrə öz ölkəsinin təcrübəsi haqqında
danışıb.
"Həyata keçirdiyimiz
"Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqraminın əsas istiqamətlərindən
biri əlilliyi uşaqların və gənclərin təhsili və işə hazırlıq və məşğulluq imkanlarının artırılmasıdır. Bakcell hər zaman ölkəmizin müxtəlif bölgələrində yaşayan
fiziki və emosional qüsuru olan uşaqların və onların ailələrin yanındadır və
biz onların cəmiyyətin fəal və bərabərhüquqlu üzvü olması üçün əlimizdən gələni
edirik” deyə, Bakcell şirkətinin PR və
Korporativ Kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.
"”British Council”in fəaliyyəti müxtəlif
mədəniyyətlər arasında mənalı, davamlı və hörmətli münasibətlərin yaradılmasına
yönəlib. Biz bu məqsədimizə yalnız hər bir fəaliyyətimizdə müxtəlifliyə dəyər
vermək, bərabərliyi və inkluzivliyi təbliğ
etmək yolu ilə nail ola bilərik. Əlilliyi
olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılmasına dair Proqram çərçivəsində
əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlif
yönümlü fəaliyyətlər həyata keçiriləcək. Proqramda iştirak edən gənclər bir neçə
istiqamət üzrə bilik və bacarıqlarını artıracaq, bu isə öz növbəsində onların
işədüzəlmə imkanlarına müsbət təsir göstərəcək”, deyə British Council Azərbaycan
ofisinin direktoru Elizabet Vayt bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























