• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR və “Statoil” bir sıra müqavilələr imzalayıb

SOCAR və “Statoil” bir sıra müqavilələr imzalayıb
20.12.2017 11:43
SOCAR prezidenti Rövnəq Abdullayev və "Statoil” şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, görüşdə ''Qarabağ'' yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılıb.

SOCAR prezidenti Rövnəq Abdullayev və "Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk tərəfindən şirkətlər arasında perspektivli tərəfdaşlığın əsas müddəaları haqqında iki müqavilə imzalanıb. İmzalanan sənədlər Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarını, habelə "Qarabağ” neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəalarını əhatə edir.
 
"Mütəxəssislərimiz məhsuldar çalışaraq, müsbət nəticələr əldə etmişlər. Əsas prinsiplərin imzalanması iqtisadiyyatımıza yeni dəyər qazandıracaq gələcək layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bu istiqamətdə aparılmış işlərin qısa zaman ərzində yekunlaşması üçün müvafiq tədbirlər görülməlidir”, - imzalanma mərasimində R. Abdullayev deyib.

Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen bildirib: "Azərbaycanla əməkdaşlığın uzun bir tarixi var. "Statoil” Azərbaycanda artıq 25 ildir, uğurla fəaliyyət göstərir. Norveç hökuməti "Statoil”un enerji layihələrinə böyük önəm verir”.

A.Kuk enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulayıb, AÇG layihəsi çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirib. Sonda yüksək səviyyəli əməkdaşlıq üçün SOCAR-ın rəhbərliyinə və mütəxəssislərdən ibarət komandasına təşəkkür edib.

Qeyd edək ki, SOCAR Azərbaycan ərazisində neft və qaz sahələrinin işlənməsi, ölkəyə yeni xarici investisiyaların cəlb olunması üçün çalışmalarını davam etdirərək, uzun müddət tərəfdaşlıq etdiyi "Statoil” şirkəti ilə də bu istiqamətdə işləməkdədir. "Qarabağ” neft yatağı və digər perspektiv sahələrdə planlaşdırılan işlər Azərbaycanda neft hasilatının sabit saxlanılması, qaz hasilatının artırılması baxımından mühüm əhəmiyyətə malik layihələr kimi qiymətləndirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol