• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank-ın dəstəyi ilə “Qadının yaşı olmur” adlı tədbir keçirildi

AccessBank-ın dəstəyi ilə “Qadının yaşı olmur” adlı tədbir keçirildi
29.05.2020 05:44

Dekabrın 19-da "Four Seasons” otelində AccessBank-ın dəstəyi, "Pəncərə” və "Granation” klublarının təşkilatçılığı ilə "Qadının yaşı olmur” adlı tədbir keçirildi. Gecə Azərbaycanın ictimai həyatında iştirak etmiş və ölkə inkişafına töhfə vermiş qadınlara həsr olunmuşdur.

 
Tədbirin aparıcısı, Əməkdar artist Nərgiz Cəlilova qonaqları salamlayaraq, Azərbaycan qadınlarının öz ağılı, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutduğunu vurğulayıb.
 
Daha sonra "Pəncərə” klubunun rəhbəri, yazıçı Günel Anarqızı və "Granation” klubunun təsisçisi Nərmin Mahmud qonaqları salamlayaraq, klubların fəaliyyətindən, gecənin məramından söz açdılar.
 

Gecədə iştirak edən AccessBank-ın Marketinq Departamentinin rəhbəri Günay Cəlilova 100-dən çox gözəl qadını bir arada görməkdən çox məmnun olduğunu qeyd edərək öz fikirləri ilə bölüşdü:

"Əgər əvvəllər qadının əsas rolu dünyaya uşaq gətirmək, onları böyütmək, tərbiyəsi ilə məşğul olmaq və məişət işləri ilə məhdudlaşırdısa, günümüzdə qadınlar dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. sahələrdə geniş təmsil olunurlar. Yaşlarından asılı olmayaraq, qadınların həyat və professional təcrübəsi cəmiyyət üçün hər zaman çox faydalıdır.

AccessBank  yaradıldığı tarixdən etibarən öz Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hər zaman qadınlara dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin əksəriyyəti Azərbaycanın regionlarında qadın sahibkarlara maliyyə savadlılığı sahəsində treninqlərin keçirilməsi ilə bağlı olub. Sevindirici haldır ki, illər öncə bizim maliyyə savadlılığı sahəsində treninq keçirdiyimiz qadınların bir çoxu hal-hazırda uğurlu sahibkar qadınlara çevriliblər və biz onlarla qürur duyuruq. AccessBank olaraq biz bundan sonra da qadınlarımıza hər tərəfdən dəstək olmağa davam edəcəyik.”
 
Gecədə çıxış edən Çingiz Abdullayev, Fəxrəddin Manafov, Faiq Ağayev bu qədər çox sayda gözəl və uğurlu qadının iştirak etdiyi bir tədbirə dəvət olunduqları üçün minnətdarlıqlarını bildirdilər və Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu olduğunu qeyd etdilər.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol