• $
  • €
  • ₽
  • ₺
  • £

Hotellərin “qara siyahı”sı hazırlandı

Hotellərin “qara siyahı”sı hazırlandı
22.12.2017 10:11
Azərbaycanda turizm sənayesi iştirakçılarının ilkin "qara siyahı"sı artıq hazırdır. 

Anews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırov bu siyahının ictimaiyyət üçün açıq olmadığını, yalnız AzTA-nın üzvləri üçün nəzərdə tutulduğunu söyləyib.

O qeyd edib ki, siyahıya artıq 10 fiziki və hüquqi şəxs daxil edilib. Sistemə yalnız turistləri aldadan turizm şirkətləri deyil, şirkətləri, hotelləri aldadan müştərilər də daxil edilib: "Elə turistlər var ki, onlar şirkətləri aldadırlar, hansısa xidmətdən istifadə edirlər, amma pulunu vermirlər. Hansısa hotel və turizm şirkəti ilə problemləri olan, onları aldadan bir neçə şəxsin adı artıq bu siyahıya daxil edilib. Həmin şəxslər ölkəyə girişinə qadağa qoyulan şəxslər deyil və yerli turistlərdir".

Oxşar təcrübənin artıq "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən tətbiqi edildiyini və onların da "Arzuolunmaz şəxslər" siyahısının olduğunu deyən N.Bağırov bildirib ki, AzTA-nın istənilən üzvü siyahıya məlumat daxil edə bilməz. Hər hansı neqativ hala yol verənlər barədə məlumat sistemə daxil edilməmişdən əvvəl həmin məlumat AzTA-nın komitələri tərəfindən tam araşdırılır.Əsaslı nəticələr olduğu halda, məlumat verilən şirkət və şəxs haqqında məlumatlar sistemə daxil edilir.

N.Bağırov qeyd edib ki, "qara siyahı"nın hazırlanması oraya daxil edilən şəxslər barəsində inzibati tədbirlərin görülməsi demək deyil. Siyahının hazırlanmasında əsas məqsəd AzTA üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi üzvləri barədə məlumatlandırmaqdır.

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır. AzTA üzvləri ölkənin turizm sənayesində aktiv fəaliyyət göstərən müəssisələrdir.Hotellərin "qara siyahı”sı hazırlandı
Azərbaycanda turizm sənayesi iştirakçılarının ilkin "qara siyahı"sı artıq hazırdır. 

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırov bu siyahının ictimaiyyət üçün açıq olmadığını, yalnız AzTA-nın üzvləri üçün nəzərdə tutulduğunu söyləyib.

O qeyd edib ki, siyahıya artıq 10 fiziki və hüquqi şəxs daxil edilib. Sistemə yalnız turistləri aldadan turizm şirkətləri deyil, şirkətləri, hotelləri aldadan müştərilər də daxil edilib: "Elə turistlər var ki, onlar şirkətləri aldadırlar, hansısa xidmətdən istifadə edirlər, amma pulunu vermirlər. Hansısa hotel və turizm şirkəti ilə problemləri olan, onları aldadan bir neçə şəxsin adı artıq bu siyahıya daxil edilib. Həmin şəxslər ölkəyə girişinə qadağa qoyulan şəxslər deyil və yerli turistlərdir".

Oxşar təcrübənin artıq "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən tətbiqi edildiyini və onların da "Arzuolunmaz şəxslər" siyahısının olduğunu deyən N.Bağırov bildirib ki, AzTA-nın istənilən üzvü siyahıya məlumat daxil edə bilməz. Hər hansı neqativ hala yol verənlər barədə məlumat sistemə daxil edilməmişdən əvvəl həmin məlumat AzTA-nın komitələri tərəfindən tam araşdırılır.Əsaslı nəticələr olduğu halda, məlumat verilən şirkət və şəxs haqqında məlumatlar sistemə daxil edilir.

N.Bağırov qeyd edib ki, "qara siyahı"nın hazırlanması oraya daxil edilən şəxslər barəsində inzibati tədbirlərin görülməsi demək deyil. Siyahının hazırlanmasında əsas məqsəd AzTA üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi üzvləri barədə məlumatlandırmaqdır.

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır. AzTA üzvləri ölkənin turizm sənayesində aktiv fəaliyyət göstərən müəssisələrdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol