Gürcüstana avtomobillə gedənlərin nəzərinə

2018-ci ilin martın 1-dən etibarən xarici nömrəli avtomobillərin sürücüləri 15 gündən artıq müddətdə Gürcüstanda qaldıqları təqdirdə nəqliyyat vasitələrini sığortalamalı olacaqlar.
AzVision.az "Sputnik – Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanda qəbul olunan yeni qanun layihəsində bildirilib
Məlumata əsasən, sığortanı nəzarət-keçid məntəqələrində əldə etmək mümkün olacaq. Sığorta paketinin dəyəri nəqliyyat vasitəsinin dəyəri və sığorta müddətindən asılı olacaq. Avtonəqliyyat vasitəsini 15, 30, 90 gün və ya bir il müddətinə sığortalana bilər.
Sığorta yol-nəqliyyat qəzası zamanı həm fiziki həm də mənəvi zərəri qarşılanmalıdır.
Yeni qaydalara əsasən, çəkisi 3,5 tona qədər avtomobillər motorun ölçüsündən asılı olmayaraq Gürcüstanda 15 gündən artıq qalmağa 30 lari, 30 günə qədər 50 lari, bir ilə qədər isə 295 ları sığorta pulu ödəməlidirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























