Nazir: Azərbaycan beynəlxalq yarışlarda 851 medal qazanıb

2017-ci il ərzində Azərbaycan dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 851 medal qazanıb.
Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, bu yarışlarda idmançılarımız 347 qızıl, 236 gümüş və 268 bürünc medal əldə ediblər.
O qeyd edib ki, ölkədə 219 respublika yarışı təşkil edilib, 55 beynəlxalq yarış keçirilib, 234 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub:.
Nazir həmçinin qeyd edib ki, 2017-ci ilin ikinci yarısında təkcə rəsmi yarışlarda 48 qızıl, 38 gümüş və 56 bürünc medal qazanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























