Maliyyə naziri bu ilin yekunundan geriləmə gözləyir

"Azərbaycan iqtisadiyyatında ötən ildən geriləmə olsa da, bu il onun sürəti xeyli azaldılıb. Sözügedən göstərici ötən ilki 3,9%-dən bu il 0,2%-ə endirilib və bu ilin yekununda Azərbaycanda təxminn bu qədər iqtisadi geriləmə gözləyirik".
"Renkinq" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu, 2018-ci ildə iqtisadi artıma nail olmağa imkan verir.
"İqtisadi geriləmənin qarşısının alınması istiqamətində görülmüş işləri beynəlxalq maliyyə qurumları, o cümlədən bu ay Bakıda missiyası səfərdə olmuş Beynəlxalq Valyuta Fondu da yüksək qiymətləndirir. Fond makro-iqtisadi sabitliyin bərqərar olunmasına, idxalın azaldılmasına, yerli istehsalın inkişafının stimullaşdırılmasına böyük önəm verir. Çünki bu, Azərbaycanın valytua mövqeyinə də müsbət təsir göstərir, ölkənin valyuta ehtiyatlarının artmasına imkan yaradır", - deyə o, qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























