• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankdan hər banka 1,5 milyon manatlıq “dəstək”

Mərkəzi Bankdan hər banka 1,5 milyon manatlıq “dəstək”
28.12.2017 16:39
2017-ci ildə Mərkəzi Bank tərəfindən 60 depozit hərracı keçirilib. Hərracların nəticəsi olaraq il ərzində Mərkəzi Bank kommersiya banklarına təxminən 46,9 milyon manat məbləbində faiz ödəyib.

Anews.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, bu, bankların 2017-ci ilin 10 ayı ərzində depozitlərə görə müştərilərə ödədikləri faizlərin 15%-i, müştərilərdən alınan kredit faizlərinin 4%-i qədərdir. Faiz dərəcələrinin aşağı həddi 10,1%, yuxarı həddi 14,87% olub. Müddəti isə 14 gün təşkil edib.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın 10 milyard manatlıq depozit təklifinə qarşı bankların tələbi ümumilikdə 25,2 milyard manat olub: 

"Tələb təklifi orta hesabla 2,5 dəfə üstələyib. 60 hərracın cəmisi 5-də tələb təklifdən az olub. Bəzi hərraclarda tələb təklifi 3-4 dəfə üstələyib. Hətta avqust ayında tələb daha da artıb və üstələmə 6-7 dəfə təşkil edib”.

Qeyd edək ki, Mərkəzi Bankın keçirdiyi depozit hərracının əsas məqsədi döviyyədəki pul kütləsini tənzimləmək, artıq pul kütləsinin valuta bazarına yönəldilməsinin qarşısını almaqdır.

S.Əliyevin sözlərinə görə, elə buna görə də dövri olaraq 400-900 milyon manat civarında vəsait Mərkəzi Bankın "sandığında” saxlanılıb: 

"Hərracın digər məqsədi banklara dəstək verməkdir. Təsadüfi deyil ki, Mərkəzi Bank yola saldığımız ildə hər banka orta hesabla 1,5 milyon manatlıq "dəstək” verib. Banklar riskli kreditləşmədənsə, asan pul qazanmaq yolunu seçərək vəsaitləri depozit şəklində baş bankda yerləşdirməyə üstünlük veriblər”.

Xatırladaq ki, depozit hərracı 2016-cı ilin ortasından keçirilməyə başlanıb. İlk hərrac iyunun 13-də təşkil edilib və ilin sonuna kimi 26 hərrac keçirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol