• $
  • €
  • ₽
  • ₺
  • £

UNİBANK kapitalını artırdı

UNİBANK kapitalını artırdı
29.12.2017 16:08
Bakı Fond Birjasında UNİBANK-ın hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 6 milyon 28 manat 96 qəpik məbləğində sənədsiz səhmlərinin yerləşdirilməsi başa çatıb.

Eyni zamanda, Bakı Fond Birjasında UNİBANK tərəfindən faizli, sənədsiz adlı təmin edilməmiş ümumi nominal dəyəri 10 milyon dollar olan istiqrazın yerləşdirilməsi də yekunlaşıb.

Səhmlərin və istiqrazların yerləşdirilməsi nəticəsində UNİBANK-ın nizamnamə kapitalı 6 milyon manat artaraq 126 milyon manat, prudensial qaydalara uyğun məcmu kapital isə 22 milyon manat artaraq 66 milyon manata çatıb.

Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub. Kapitallaşmanın ikinci mərhələsindən sonra yerli fiziki şəxs olan səhmdarların payı 45,74%, beynəlxalq maliyyə institutları olan DEG – Almaniya İnvestisiya Şirkətinin payı 25,99%, Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) payı isə 18,49% təşkil edəcək.

Xatırladaq ki, bu il ərzində UNİBANK artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında bankın nizamnamə kapitalı 49 milyon manat artırılmışdı.

Başa çatan yenidənkapitallaşma prosesi bankın gələcək uğurlu inkişafı üçün əlavə imkanlar yaradır.

UNİBANK 2015-ci il iqtisadi böhran və makroiqtisadi şokların neqativ nəticələrini səhmdarların dəstəyi ilə aradan qaldırmaqla, bütün itkiləri bərpa edərək, 2017-ci ili 2 milyon manat mənfəətlə başa vurub.

Bankın təsdiqlənmiş 3 illik strateji planına və maliyyə proqnozuna əsasən, UNİBANK 2018-ci ili 15 milyon manat mənfəətlə yekunlaşdırmağı planlaşdırır.

Azərbaycanın iki aparıcı özəl bankı – "MBANK” (1992) və "PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində UNİBANK adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, UNİBANK ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və "DEG” Almaniya İnvestisiya Şirkəti UNİBANK-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol