• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar arasında mafiya hesablaşması - İstanbulda

Azərbaycanlılar arasında mafiya hesablaşması - İstanbulda
03.01.2018 16:21
İstanbulda azərbaycanlılar arasında daha bir mafiya hesablaşması baş verib.

Virtualaz.org xəbər verir ki, Azərbaycandan olan iş adamı, podratçı şirkətin sahibi İ.G. polisə müraciət edərək 2 Azərbaycan vətəndaşının onu "Qlok” markalı tapança ilə təhdid edərək "Mersedes” markalı avtomobilini və 27 min dollar dəyərində olan iki qol saatını qəsb etdiklərini bildirib.

İş adamı şikayətində göstərib ki, soyğunçular avtomobili və saatları geri qaytarmaq üçün ondan 40 min dollar tələb edirlər. Habelə iş adamı soyğunçuların onu ailəsiylə də təhdid etdiyini göstərib.

İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsində biznesmenə bildiriblər ki, soyğunçularla əlaqə yaradıb onların şərtini qəbul etdiyini, pulu verəcəyini bildirsin. Azərbaycanlı iş adamı belə də edib və İstanbul Fatihdəki ticarət mərkəzlərindən birinin kafesində soyğunçularla görüş təyin edib.

İ.G. hadisədən bir gün sonra axşam saatlarında kafedə soyğunçularla görüşüb. Bu vaxt əməliyyatçılar da mülki geyimdə yan masada oturublar və cinayətkarları izləyiblər. Görüş başlayanda polis hərəkətə keçib və 4 nəfər soyğunçunu yaxalayıb. Onlar Azərbaycan vətəndaşları R.H. və S.A., habelə Türkiyə vətəndaşları Ş.S. və İ.G.-dir. Polis saxlananların üzərində axtarış aparıb və iş adamının avtomobilinin açarını, sənədini, qol saatlarını və "Qlok” markalı tapança aşkar edib. Qəsb olunan avtomobil ticarət mərkəzinin avtoparkında tapılıb.

Saxlanılan soyğunçular məhkəməyə çıxarılıb, onlardan ikisi-Azərbaycan vətəndaşları barədə həbs qətimkan tədbiri seçilib. Qalan ikisi isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol