• $
  • €
  • ₽
  • ₺
  • £

Bu əşyalar mədəni sərvətlər hesab olunacaq

Bu əşyalar mədəni sərvətlər hesab olunacaq
05.01.2018 12:00
Nazirlər Kabineti "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nda dəyişiklik edib.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin imzaladığı sənədə əsasən artıq qədim nadir kolleksiyalarla yanaşı, 1960-cı ildən əvvəlki dövrə aid muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab ediləcək.

Qaydaların indyədək mövcud olan varinatına görə, qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilirdi.

Qaydaların indyədək mövcud olan varinatına (3.3-cü bənd) görə, bu qaydanın tələbləri kütləvi istehsal olunan suvenirlərə şamil edilmirdi.

Qaydaların yeni varinatında bu bəndlə bağlı dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, bu qaydanın tələbləri kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, "Mədəniyyət haqqında” qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarına (suvenirlər daxil olmaqla) şamil edilməyəcək.

Qaydalara edilən yeni əlavəyə əsasən, bu qaydanın 3.3-cü bəndində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsas olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol