• $
  • €
  • ₽
  • ₺
  • £

Sement bahalaşdı: Evlərin qiyməti nə qədər qalxacaq?

Sement bahalaşdı: Evlərin qiyməti nə qədər qalxacaq?
08.01.2018 18:00
Ölkədə sementin qiyməti bahalaşıb. Mətbuatda yer alan xəbərlərə əsasən, "Norm” və "Holcim” markalarına aid sementlərdə 5-6% civarında bahalaşma baş verib. 

Anews.az xəbər verir ki, "Norm” Məhdud Məsuliyyətli Cəmiyyət sementin dəyərindəki artımı təsdiqləyib.

MMC-dən bildirilir ki, sementin bir tonu 115 manatdan 125 manata yüksəlib. Artıma səbəb isə dekabr ayında kimyəvi qatqılara vergi və dövlət rüsumunun yüksəldilməsi olub. 

Qeyd edək ki, təkcə sementin mənzil tikintisində xərclər üzrə ümumi portfeldəki çəkisi 7-10 faiz arasında dəyişir. Bu, kifayət qədər böyük rəqəmdir.

Sementin bahalaşmasının mənzillərin qiymətinə necə təsir edəcəyinə münasibət bildirən daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı deyir ki, bu, fərdi yaşayış evlərinin tikintisində elə də böyük rol oynamayacaq:

"Lakin çoxmənzilli binaların tikintisində maya dəyərinə təsir göstərə bilər”.

Onun sözlərinə görə, mənzil tikintisi ilə məşğul olan sahibkarlar yerli sementdən az halda istifadə edirlər:

"Xarici istehsal semenetdən istifadə edilir. Hesab edirəm ki, sementin qiymətinin 5-6 faiz artımı tikintidə maya dəyərinə çox təsir etməyəcək. Sementin mənzil tikintisində xərclər üzrə ümumi portfeldəki çəkisi 7-10 faiz arasında dəyişir. Mənzillərin dəyərindəə 1,5 faiz artım müşahidə edilə bilər”.

R.Osmanlı deyir ki, Azərbaycan sementə olan tələbatını tam ödəmir. Yerli istehsal daxili tələbatın təqribən 50 faizini təşkil edir.

Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar-noyabr aylarında 2 milyon 658,9 min ton sement istehsal olunduğunu açıqlayıb. 

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyevə görə, yeni evlərin hər kvadratmetr üzrə qiymətinin 30 manat artması üçün bütün tikinti materiallarının qiymətləri 20% bahalaşmalıdır:

"Tikinti materialları bazarında isə bu ay artım müşahidə edilmir”. 

O bildirir ki, tikinti materiallarının evlərin maya dəyərində çəkisi 50-60% civarındadır:

"Digər hissə əməkhaqqı ilə bağlıdır. Ona görə də bu səviyyədə artım görmürük”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol