Sürücülərin nəzərinə: Bu körpüdən keçərkən diqqətli olun

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəh.) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən xəbərə görə, aparılan bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.
Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























