ADİF hərrac keçirir

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan "Texnikabank” ASC-yə məxsus iki, "Yunayted Kredit Bank” ASC-yə məxsus bir qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac keçirir.
"APA-Economics” xəbər verir ki, auksionda iştirak üçün ərizələrin qəbulu yanvar 11-dən fevralın 11-dək həyata keçiriləcək. Hərrac isə fevralın 13-də baş tutacaq.
Qeyd edək ki, "Texnikabank”a məxsus ofis sahələri üçün icarə haqqının start məbləği ƏDV daxil olmaqla 1250 və 1650 manat, "Yunayted Kredit Bank”a məxsus ticarət obyekti üçün 4550 manatdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























