• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana kərə yağının idxalı azalıb

Azərbaycana kərə yağının idxalı azalıb
12.01.2018 20:41
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub. 176 ölkədən idxal reallaşdırılıb.

İdxal 17,6 faiz azalıb 

Dövlət Statistika Komitəsindən anews.az-a verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21809,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14018,7 milyon dollar, idxalın dəyəri 7790,7 milyon dollar təşkil edib. Nəticədə 6228,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.  2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artıb. Real ifadədə isə 10,9 faiz, o cümlədən ixrac 6,5 faiz, idxal 17,6 faiz azalıb.

Bu ölkələrlə alver edilib

İxracın 31,4 faizini İtaliyaya, 10,5 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,2 faizini Rusiyaya, 3,9 faizini Kanadaya, 3,8 faizini Çexiyaya, 3,6 faizini Almaniyaya, 3,5 faizini Çinə, 3,4 faizini Gürcüstana, 3,2 faizini İndoneziyaya, 3,0 faizini Portuqaliyaya,  2,9 faizini Hindistana, 2,7 faizini Fransaya, 2,4 faizini  Ukraynaya, qalan 17,0  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 9,8 faizi Çin, 8,7 faizi ABŞ, 5,2 faizi Ukrayna, 4,9 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla, İran və Birləşmiş Krallıq, 2,2 faizi Braziliya, 1,9 faizi Yaponiya, hər biri 1,7 faiz olmaqla, Norveç və Fransa, 22,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2017-ci ilin yanvar-noyabr aylarında 1386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur.

Ötən il bol kartof və meyvə şirəsi satmışıq 

2017-ci ilin yanvar-noyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,0 faiz, təzə tərəvəz – 83,8 faiz, kartof – 50,7 faiz, tütün – 2,0 dəfə, çay – 52,1 faiz, bitki yağları – 0,1 faiz, meyvə və tərəvəz şirələri – 64,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 97,6 faiz, meyvə və tərəvəz konservləri – 5,1 faiz, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,2 dəfə artıb.

Şəkər ixracı isə 42,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,1 faiz, polietilen – 13,5 faiz, emal olunmamış alüminium – 27,1 faiz, qara metallardan borular – 3,6 faiz, qara metallardan yarımfabrikatlar – 44,0 faiz, pambıq ipliyi – 25,8 faiz azalıb.

Ölkəyə avtomobil idxalı iki dəfə artıb, kərə yağı azalıb  

2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında təzə meyvə idxalı 2,5 faiz, çay – 4,7 faiz, quş əti və onun əlavə məhsulları – 2,2 faiz, mal əti – 92,1 faiz, siqaret – 9,9 faiz, polad prokatı – 9,0 faiz, avtomobillər – 2,0 dəfə, hesablama maşınları, blok və qurğuları – 52,6 faiz, rezin şinlər – 31,5 faiz, qara metallardan çubuqlar – 11,4 faiz,  mineral gübrələr – 19,6 faiz, qara metallardan künclüklər ­– 23,1 faiz, paltaryuyan maşınlar – 67,5 faiz, məişət kondisionerləri – 23,8 faiz, yük avtomobilləri – 2,2 dəfə, avtobuslar – 2,1 dəfə artıb.

Buğda idxalı isə 22,2 faiz, xam şəkər və şəkər – 2,6 faiz, bitki yağları – 4,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 7,4 faiz, kartof – 10,7 faiz, təzə tərəvəz – 43,7 faiz, qara metallardan borular – 47,4 faiz, mebel – 19,2 faiz,  polietilen – 8,7 faiz, sement və sement klinkerləri – 92,5 faiz, məişət soyuducuları – 16,4 faiz azalıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol