• $
  • €
  • ₽
  • ₺
  • £

Maaşınızdan nə qədər çıxacaqlar? - Belə hesablayın

Maaşınızdan nə qədər çıxacaqlar? - Belə hesablayın
12.01.2018 20:54
Bildiyimiz kimi, bu il yanvarın 1-dən etibarən "İşsizlikdən sığorta fondu haqqında" yeni qanun layihəsi qüvvəyə minib.

Yeni qanun layihəsinin qüvvəyə minməsi ilə əlaqədar insanları əməkhaqqı məbləğində hansı dəyişikliklərin olacağı məsələsi düşündürür. 2018- ci ilin əvvəlindən Azərbaycanda tətbiqinə başlanan işsizlikdən sığorta sistemi işsiz şəxsin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsinə, onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsinə xidmət edir. İşsizlikdən sığorta ödənişinin isə 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən olunub.

Sözügedən qanunun tələblərinə əsasən işçilərin əmək haqqının 0.5%-i, işəgötürən tərəfindən isə əmək haqqı fondunun 0.5%-i məbləği həddində sığorta haqqı hər təqvim ayı ərzində müvafiq icra hakimiyyəti orqanına ödəniləcək.

Bununla yanaşı "Sosial sığorta haqqında" qanunun da tələblərinə əsasən hər təqvim ayı ərzində işçinin əmək haqqının 3%-i, əmək haqqı fondunun isə 22% məbləği işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilirdi.

2018-ci ildə ölkə üzrə yaşayış minimumunun dəyişməsi, yəni 155 manatdan 173 manata çatdırılması Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən aylıq 2500 AZN-dək məbləğdə əmək haqqı alan işçilərin sırf həmin məbləğ həddində gəlir vergisindən azad olmasına əsas verib.

Belə olan halda bu gün işçinin aldığı mövcud əməkhaqqıdan hansı məbləğdə pulun hara və necə çıxılacağını diqqətə çatdırırıq.

1) Məsələn, əgər işçi 400 manat əməkhaqqı alırsa, onun 3%-i məcburi dövlət sosial sığorta haqqına, yəni (12 manat)

2) Mövcud əməkhaqqı məbləğindən minimum yaşayış həddi çıxılır ( 400-173=227) Alınan 227 manatın 14 %-i gəlir vergisi kimi yəni( 31.78)

3) 400 manatın 0,5%-i isə yəni (2 ) işsizlikdən sığorta fonduna

Beləliklə də, 400 manat əməkhaqqı alan işçi maaşından göstərilən məbləğlər çıxandan sonra ( 400-12-31.78-2=354.22) 354.22 manat əməkhaqqı alacaq.

İkinci misal. Məsələn, 2800 manat maaş alan işçinin əməkhaqqından çıxılacaq məbləğləri hesablayaq.

2800 manatın 3%-i 84 manatı məcburi dövlət sosial sığorta haqqı

- 2500 manatın 14%-i 350 manatı gəlir vergisi , qalan 300 manatın 25 %-i yəni 75 manatı , ümumilikdə isə (350+75=425),

- 0,5%-i işsizlikdən sığorta haqqına yəni ( 14 man) çıxılır.

Beləliklə də 2800 manat əməkhaqqı alan işçidən (2800-84-425-14) 2277 manat əməkhaqqı alacaq.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol