• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dizel yanacağının qiyməti artacaq

Azərbaycanda dizel yanacağının qiyməti artacaq
14.01.2018 21:05
2017-ci il iyunun 14-də Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. 


Bundan sonra dizel yanacağının bahalaşacağı anonsları verilsə də, hökumət bu bahalaşmaya getmədi. Dünya birjalarında neft qiymətlərinin 72 dolları keçdiyi bir vaxtda Azərbaycanda dizel yanacağının bahalaşacağı xəbərləri dolaşmaqdadır. Buna səbəb kimi həm də Neftayırma zavodunda dizel istehsalının azalması göstərilir. Digər tərəfdən, dizel yanacağı ilə benzin arasında yaranmış kəskin qiymət fərqi bahalaşmanı sürətləndirən əsas amillərdən hesab olunur.


 Dünya ölkələrində dizel yanacağının orta qiyməti 1 litr üçün 1.02 ABŞ dolları təşkil edir. Ümumilikdə qiymət, ölkələrə görə dəyişir. Bir qayda olaraq, zəngin ölkələrdə bu yanacaq növü baha, nisbətən kasıb ölkələrdə ucuz təklif edilir. İqtisadi cəhətdən yüksək inkişaf etmiş, dizel yanacağının qiyməti aşağı olan yeganə ölkə ABŞ-dır. Müxtəlif ölkələrdə dizel yanacağının qiymətindəki fərq, vergilər və subsidiyalarla bağlıdır. Hazırda Azərbaycanda dizel yanacağının 1 litri 0.60 qəpikdir. Dünya üzrə dizel yanacağının 1 litri üçün ən yüksək qiymət İslandiyadadır - 1.93 dollar. Qonşu İranda dizel yanacağının 1 litri 0.09 dollar, Səudiyyə Ərəbistanında 0.13 dollar,  Türkmənistanda 0.26 dollar, Rusiyada 0.69 dollar, Türkiyədə 1.37 dollar, Almaniyada 1.38 dollar, Fransada 1.69 dollar, İtaliyada 1.72 dollar təşkil edir. Statistikadan da göründüyü kimi, ölkəmiz dizel yanacağının qiyməti aşağı olan ölkələr sırasındadır.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol