Azərbaycanda dizel yanacağının qiyməti 80 qəpik olacaq

2017-ci il iyunun 14-də Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Bundan sonra dizel yanacağının bahalaşacağı anonsları verilsə də, hökumət bu bahalaşmaya getmədi. Dünya birjalarında neft qiymətlərinin 72 dolları keçdiyi bir vaxtda Azərbaycanda dizel yanacağının bahalaşacağı xəbərləri dolaşmaqdadır. Buna səbəb kimi həm də Neftayırma zavodunda dizel istehsalının azalması göstərilir. Digər tərəfdən, dizel yanacağı ilə benzin arasında yaranmış kəskin qiymət fərqi bahalaşmanı sürətləndirən əsas amillərdən hesab olunur.
Xeberle.com-un verdiyi məlumata görə, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli Azərbaycanda dizel yanacağının istehsalının kəskin azaldığını deyib:
"Benzinin qiymətinin bahalaşmasından sonra dizelin qiyməti arasında kifayət qədər böyük - 30 qəpiklik fərq yaranıb. Dünyanın bir çox ölkələrində dizelin qiyməti Azərbaycandakından bahadır. Buna səbəb dizelin ekologiyaya ciddi ziyan vurmasıdır. Xüsusilə Avropa ölkələrinin bir çoxunda bu cür siyasət həyata keçirilir. Hazırda Azərbaycanda dizelin istehsalı kəskin azalıb. "Aİ 92" markalı benzin daha baha olduğundan Neftayırma zavodu bütün gücü benzin istehsalına yönəldib. 2017-ci ildə dizelin istehsalı 2016-cı illə müqayisədə 20 faiz azalıb. Bu tendensiyanın qarşısının alınması, zavodda dizel istehsalının rentabelliyinin artırılması üçün Tarif Şurası növbəti həftələrdə, yaxud aylarda dizelin bahalaşması ilə bağlı qərar qəbul edə bilər. Dizel yanacağının 0.80 qəpiyə qədər bahalaşacağı istisna olunmur".
"Neftayırma zavodunda rekonsturksiya işlərinə start verilib. Həmin işlərin görülməsinə kifayət qədər böyük məbləğ lazım olacaq. Zavodun gəlirlərinin artırılması yollarından biri istehsal etdiyi məhsulların qiymətinin bahalaşdırılmasıdır. Ki, yaxın vaxtlarda buna gediləcəyi istisna edilmir. Bir çox neft ölkələri var ki, öz daxili istehsalları üçün qiymətləri nisbətən ucuz saxlayırlar. Hər şey dövlətin yürütdüyü siyasətdən asılı olacaq. Dotasiya sistemini saxlamağa və öz vətəndaşlarına daha ucuz dizel satılmasına dair qərar veriləcəksə, qiymət artmayacaq. Amma son vaxtlar görünən odur ki, hökumət bəzi sahələrdə dotasiyanın artırılmasındansa, tariflərin bahalaşdırılması siyasətini yürüdür. Qazın, elektrik enerjisinin, suyun bahalaşamasını da buna misal göstərə bilərik. Baxmayaraq ki, hər il BP tərəfindən Azərbaycana 3 milyard kubmetr qaz verilir. Bu siyasət davam edəcəksə, dizelin də qiymətinin bahalaşma ehtimalı yüksəkdir. Dizelin bahalaşamsı isə ümumilikdə nəqliyyat və ərzaq bahalaşmasına gətirib çıxara bilər".
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a bildirib ki, dizel yanacağının qiymətinin artımı gündəmdə deyil:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























